Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyəli məktəblilər Füzuli və Şuşada olub

Türkiyəli məktəblilər Füzuli və Şuşada olub

15.04.2022 [13:25]

Türkiyənin Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Qarabağa səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, onlar Azərbaycanın bir sıra yerlərində, o cümlədən Füzuli və Şuşada olublar.

Şagirdlərin müəllimi bildirib ki, məktəblilər amerikalı bir uşağın Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər: “Sinif olaraq qərara gəliblər ki, məktubu məhz Prezident İlham Əliyevə yazsınlar. Şagirdlər məktublarında Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar”.

Məktəblilər 4 gün paytaxtda, ötən gecə isə Şuşa şəhərində gecələyiblər. Onların sabah öz ölkələrinə qayıdacağı gözlənilir.

Qeyd edək ki, dövlət başçısının müvafiq tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib.

Paylaş:
Baxılıb: 941 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31