AzTv - 27, Space - 1...
14.04.2022 [10:13]
Vətən müharibəsinə neçə film həsr edilib?
Günel ABBAS
Vətən Müharibəsindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq samballı film layihələrinin sayı ya çox azdır, ya da heç yoxdur. Mətbuatın diqqətlə yanaşdığı bu mövzu son zamanlar sosial şəbəkədə də gündəmə çevrilib. Xüsusən televiziya şirkətlərinin hazırladığı filmlərin sayına və keyfiyyətinə nəzər yetirsək, söylənənlərin həqiqət olduğunu görərik. Sevindiricidir ki, bu işi layiqincə yerinə yetirən Bakı Media mərkəzi Vətən müharibəsinə həsr olunan keyfiyyətli filmlər ərsəyə gətirir, həmin filmlər də ekranlarda yayımlanır. Ancaq dövlət tərəfindən yerli televiziya kanallarının inkişafı üçün ayırdığı maliyyə yardımı qarşısında bu, yetərli deyil.
Xatırladaq ki, 2022-ci il dövlət büdcəsindən KİV və televiziya kanallarına 51,9 milyon manat subsidiya ayrılıb. Bununla yanaşı, 6,5 milyon manat kinomuzun inkişafı üçün hesablanıb. Bu isə o deməkdir ki, televiziya şirkətləri ayrılan vəsaitlərdən prioritet sayılan tarixi hadisələrin əbədiləşdirilməsi, işıqlandırılması üçün istifadə etməlidir. Ancaq külli miqdarda maliyyə yardımı alan televiziya şirkətlərinin bunu nə dərəcədə diqqətdə saxlaması sual altındadır. Məsələni aydınlaşdırmaq üçün çəkilən filmlərin sayı, mövzusu və formatı ilə bağlı telekanallara sorğu ünvanladıq.
Azərbaycan Dövlət Televiziyasından “Yeni Azərbaycan”a bildirildi ki, dövlət kanalı sənədli və bədii film olmaqla, ümumilikdə Vətən müharibəsindən bəhs edən 27 film ərsəyə gətirib. Qeyd edilib ki, filmlər I Qarabağ müharibəsindən bu günə qədər xalqımızın keçdiyi ağır günlərdən, Ali Baş Komandanın rəhbərliyi altında Ordunun əldə etdiyi Zəfərin təntənəsindən, qalib əsgərlərimiz və şəhid jurnalistlərdən bəhs edir.
İctimai Televiziyadan verilən məlumata görə, sənədli və bədii film, eləcə də serial formatında 16 film hazırlanıb. Filmlər müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli döyüş yolundan, Qarabağ müharibəsində ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin bir bayraq altında düşmənə qarşı yumruq kimi birləşməsindən, General Polad Həşimovun şəhadətindən və Şuşa zəfərindən bəhs edir.
Space Müstəqil Teleşirkəti bildirib ki, Vətən müharibəsi ilə bağlı 44 seriyadan ibarət “44 günün fatehi” adlı 1 film hazırlanıb.
Azad Azərbaycan televiziyasından verilən məlumata əsasən, şirkət Şuşa zəfərindən, qələbəyə gedən yoldan və şəhidlərin şərəfli şəhadətindən bəhs edən 6 film hazırlayıb.
Xəzər TV -dən bildirilib ki, keçmişdən bu günə tarixi mübarizəmizə, Ali Baş Komandanın hərb siyasətinə və müzəffər Ordumuza həsr olunmuş 5 film hazırlanıb.
ARB Media Qrupdan verilən məlumata görə, şirkət Vətən müharibəsi dövründə şəhid olanlar, qazilər, müharibənin ağrılı tərəfləri və qələbəmizdən bəhs edən 6 film hazırlayıb.
Real tv bildirib ki, Vətən müharibəsinin nəticələri, döyüşlərin çətinliyi və Qarabağın keçilməz sərhədlərini qəhrəmanlıqla azad edən hərbçilərə həsr olunan 20 sənədli film ərsəyə gətirib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

