Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentin köməkçisi Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyıb-tanınmayacağına aydınlıq gətirib

Prezidentin köməkçisi Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyıb-tanınmayacağına aydınlıq gətirib

12.03.2022 [17:48]

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Bakının Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyıb-tanınmayacağı ilə bağlı sualı cavablandırıb.

"Report"un Türkiyə bürosunun xəbərinə görə, o bildirib ki, Şimali Kiprdə baş verən hadisə və prosesləri yaxından izləyir.

"Şimali Kipr türkləri bizim qardaşlarımızdır. Onu da qeyd edim ki, Azərbaycanla Türkiyə müttəfiq ölkələrdir. Müttəfiq ölkələr olduğumuz üçün də iki ölkənin Xarici İşlər nazirlikləri və digər qurumları arasında intensiv və səmimi münasibətlərimiz var. Biz bütün məsələləri müzakirə edirik. Bütün məsələlərdə də birgə, təmkinlə fəaliyyətimizi davam etdiririk. Şimali Kiprdən olan qardaşlarımızın da problemləri daim bizim qəlbimizdədir", - Prezidentin köməkçisi vurğulayıb.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Paylaş:
Baxılıb: 1181 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30