Naftalanda yeni otel kompleksinin açılışı olub
18.02.2022 [16:53]
Bu gün Naftalanda yeni bir Müalicə Sağlamlıq Mərkəzinin “Park Naftalan” ın açılışı olub.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət Vəkili Müşfiq Cəfərov, Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam, Dövlət Turizm Agentliyi Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov, Şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Kompleksin direktoru Hatəm Qocayev, ŞİH-nin məsul işçiləri iştirak edib.
Tədbir iştirakçıları kompleksdə yaradılmış şəraitlə və turistlərə göstəriləcək xidmətlərlə tanış olublar.
İcra başçısı “Park Naftalan” ın rəhbərliyini və kollektivini təbrik edərək vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkədə apardığı iqtisadi islahatlar nəticəsində sahibkarlar üçün yaradılan şərait, həmçinin, ölkədəki iqtisadi – sosial sabitlik, paytaxt Bakı ilə yanaşı regionlarda da investorların böyük həcmdə investisiya yatırmalarına zəmin yaradıb. Həmçinin, bu gün ölkə başçımızın diqqət və qayğısının, məqsədyönlü siyasətinin nəticəsidir ki, Naftalan şəhəri günü-gündən daha da inkişaf edən, vurğuladığı kimi, beynəlxalq turizm mərkəzinə çevrilib. Bu cür müasir Müalicə Mərkəzinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, şəhərin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edəcək.
Son illər bölgələrdə müasir Hotel və Müalicə Sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, əcnəbi turistlərin və yerli turistlərin sayının artmasına da böyük təkan verir.
Ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da şəhid ailələrinə, qazilərə, Vətən Müharibəsi iştirakçılarına hər zaman göstərilən diqqət və qayğının nəticəsidir ki, burada da işə götürülənlər arasında Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər də var.
Qeyd edək ki, təxminən 1 hektar sahəsi olan Mərkəzin tikintisinə 2018-ci ildə başlanıb, görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Mərkəz 2 ədəd 6 mərtəbli binadan, 114 otaqdan ibarətdir. Müasir standartlara cavab verən inventar avadanlıqlarla təchiz olunmuş “Park Naftalan” da gündəlik 240 turist gecələyə biləcək. Həmçinin, Mərkəzi digərlərindən fərqləndirən xidmətlərdən biri də sualtı dartma müalicəvi hovuzunun mövcud olmasıdır ki, bu da buraya gələn xəstələrin daha keyfiyyətli müalicə almalarına şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08

