Yaxın günlərdə dağıdıcı zəlzələ gözlənilir?
08.12.2021 [11:39]
Seysmoloq: Güclü zəlzələlərin vaxtı ilə bağlı dəqiq proqnoz verə bilmərik
Günel Abbas
Ölkəmizdə bütövlüklə 7 ballıq zəlzələ rayonu ilə yanaşı bir çox yerlər, o cümlədən, Abşeron yarımadası, Dağlıq Şirvan, Şəki-Zaqatala zonası 8 ballıq zəlzələ rayonuna aid edilir. XII, XVII, XX əsrlərdə Şamaxı şəhərində daha çox dağıdıcı zəlzələlər olub. Tarixə nəzər yetirəndə sözügedən rayonun bu cür fəlakətlərdən çəkdiyi ziyanları görmək çətin deyil. Ancaq respublikamızın digər bölgələrində də müəyyən qədər dağıntılara səbəb olan zəlzələlər baş verib. Qeyd edək ki, 2000-ci ilin əvvəllərində Bakıda baş verən və gücü 6,0 bala yaxın olan zəlzələ zamanı insan tələfatı və dağıntının az olmasına baxmayaraq əhali xeyli sarsılmışdı. Bu zəlzələdən sonra tikintilərdə baş verən çatlar, binaların zirzəmiləri və özüllərini qrunt sularının basması nəticəsində onların seysmik davamlılığı xeyli azalmışdı. Qısacası, eyni gücə malik olan növbəti zəlzələ daha böyük dağıntılara səbəb ola bilər.
Güclü zəlzələ təbii fəlakət olmaqla yanaşı, həm də arzu olunmayan ekoloji fəlakətdir. Son günlər ardıcıl olaraq ölkəmizin bir sıra bölgələrində zəlzələlər müşahidə olunur. Bu zəlzələlərin dağıdıcı gücü olmasa da, insanlar irəliləyən zamanda daha şiddətli təkanların ola biləcəyindən ehtiyat edirlər, hətta bu barədə təşvişə düşürlər. Təbii ki, cəmiyyətdə həmin düşüncələrin yaranmasında dezinformasiya tipli məlumatların rolu da böyükdür. Məsələni aydınlaşdırmaq üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ilə əlaqə saxladıq.
Seysmoloqun sözlərinə görə, gün ərzində Azərbaycanda 57-60 zəlzələ qeydə alınır. “Ancaq bu zəlzələlər çox aşağı ballı olduğu üçün hiss olunmur, açığı heç bir təsiri də yoxdur. Dünyanın hər yerində, hər gün bu proseslər gedir. Azərbaycanda da hər zaman seysmoloji aktivlik olub. Lakin bu zəlzələlər qorxulu deyil. Ümumilikdə götürəndə bu təkanlar üç bal gücündən çox olmur. Bunların da heç bir qorxusu yoxdur. Yaxın zamanlarda da Azərbaycanda güclü katostrofik zəlzələ ehtimalı yoxdur.
Baş seysmoloq zəlzələlərlə bağlı qabaqlayıcı proqnozların verilməsi məsələsinə də toxunub: “Bunun üçün xüsusi bir cihaz yoxdur. Xüsusən də güclü zəlzələlərin dəqiq yeri və vaxtı üçün qısamüddətli proqnoz vermək mümkün deyil. Lakin ortamüddətli və uzunmüddətli proqnozlar verilə, harada aktivliklərin olduğunu və zəlzələ gözlənildiyini demək mümkündür. Yaxın müddətdə Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur. Onu da qeyd edim ki, zəlzələnin gücünü ölçmək üçün ixtira olunan cihazların heç birinin aktuallığı yoxdur. İndiyə qədər yeraltı təkanların baş verəcəyi haqqında görülən əlamətlər heç biri özünü doğrultmayıb”.
O bildirib ki, bu gün qurum ən müasir texnologiya ilə təmin olunub: “Hazırda Türkiyə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə bu sahədə əməkdaşlıq barədə danışıqlar aparırıq. Amerika istehsalı olan seysmoloji aktivliyi ölçən ən müasir cihazlarla yeni proqramlar üzərində işlər görürük”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

