/ / Sevinc Fətəliyeva: Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəyi təqdirdə, daha da ağır yükün altına girəcək
Sevinc Fətəliyeva: Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəyi təqdirdə, daha da ağır yükün altına girəcək
26.11.2021 [12:19]
“İkinci Qarabağ müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktına imza atmasından bir ildən çox vaxt keçir. Amma buna baxmayaraq, Ermənistanın baş nazir Nikol Paşinyan və ətrafı, hələ də mövcud reallıqlardan yayınmaq üçün erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmatmaqda davam edir. Ermənistan hakimiyyəti regionda davamlı sülhün təmin olunması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələri sabotaj etməklə, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, N.Paşinyanın son seçkilərdə kommunikasiyaların açılmasının vacibliyini vurğulamasına, bununla da Ermənistanın iqtisadi-siyasi kollapsdan çıxacağı barədə vədlər verməsinə baxmayaraq, indi tamamilə əks mövqedən çıxış edir. Paşinyanın iddialarına görə, Ermənistan ərazisi böyunca nəqliyyat dəhlizlərinin açılmasından söhbət gedə bilməz və üçtərəfli bəyanatda “dəhliz” ifadəsi yer almayıb. Şübhəsiz ki, onun bu iddiaları, əsasən Ermənistan cəmiyyətinə hesablanmış və böləyə öz təsir imkanlarını qoruyub saxlamağa çalışan dairələrin istək və təlimatlarına uyğun olaraq irəli atılıb.
Millət vəkilinin sözlərinə görə, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində qeyd olunur ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Üçtərəfli bəyanatın 9-cu bəndinin yuxarıda iqtibas gətirdiyim hissəsindən göründüyü kimi, burada söhbət nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilindən gedir. Bu isə, dövlətlərarası və həm də xüsusi statusa malik olan dəhliz deməkdir. Maneəsiz hərəkət isə, yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların sərhəd, gömrük və digər xidmətlərin iştirakı olmadan, onların fasiləsiz hərəkətinin təmin edilməsi anlamına gəlir. Çünki bütün konvensiyalarda dövlətləararsı razılaşmalar əsas götürülür və ötən il noyabrın 10-da imzalanmış bəyanatda həm də üçüncü – zəmanətçi tərəf də vardır ki, bu həm “Beynəlxalq razılaşmalar hüququ” haqqında Vyana konvensiyasının, həm də beynəlxalq hüququn prinsipləri haqqında bəyannamənin müvafiq müddəalara uyğun olaraq, razılaşmaya imza atan bütün tərəflərin, o cümlədən zəmanətçi ölkənin öz öhdəliklərini yerinə yetirməyə davranmağa borclu olduğunu, buna görə hüquqi məsuliyyət daşıdığını ortaya qoyur.
“Nikol Paşinyanın başqa bir iddiası “Laçın dəhlizi” ilə bağlıdır. Üçtərəfli bəyanatın “Laçın dəhlizi” ilə bağlı hissəsində maneəsiz hərəkətin təşkili ilə bağlı heç bir öhdəlik yoxdur və bu baxımdan, “Laçın dəhlizi” mahiyyət etibarilə beynəlxalq nəqliyyat dəhlizi deyil, sadəcə, Ermənistan vətəndaşlarının, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan torpaqlarında yaşayan etnik ermənilərin, sərhəd, gömrük və digər xidmətlərin nəzarətindən keçməklə, qarşılqlı gediş-gəlişinin təşkili məqsədilə yaradılan humanitar dəhlizdir. Digər tərəfdən, üçtərəfli bəyanatın mahiyyəti regiondakı bütün kommunikasiyaların açılması, əlaqələrin və iqtisadi fəallığın bərpa olunması, davamlı sülhün və təhlikəsizliyin təmin edilməsi təşkil edir. Bu isə qonşulara qarşı yürütdüyü aqressiv ekspansionist siyasət nəticəsində dalana dirənmiş Ermənistanın müstəqil hüququn real subyekti kimi mövcudluğunu qoruması və inkişafı üçün həyati əhəmiyyət kəsb edən bir məsələdir. Əgər Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəksə, şübhəsiz ki, növcud reallıqlardan daha ağır bir yükün altında əzilməkdə davam edəcək. Bunun ağır nəticəsində isə Ermənistan vətəndaşları qatlanmalı olacaqlar. Çünki Azərbaycan hələ ərazilərinin işğal altında olduğu zaman kəsiyində ölkə ərazisini beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli tərkib hissəsinə və habına çevirməklə, eyni zamanda loqistik alternativlər yaratmaqla dünyanın ən müxtəlif nöqtələrinə maneəsiz və səmərəli çıxış imkanlarını təmin etməyi bacarıb. İndiki şəraitdə, xüsusilə də Azərbaycan torpaqlarının, o cümlədən İranla Ermənistanı birləşdirən Gorus-Qafan yolunun Qubadlı rayonunun ərazisindən keçən hissəsinin işğalına son qoyulduqdan sonra komminikasiyaların açılmaması məğlub ölkəni daha ağır duruma sala bilər. Bunun ilkin təzahürləri artıq nəzərə çarpmaqdadır. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələrinin qurulmasının nəticələri və Ermənistan vətəndaşlarının bu ərazidən keçdikləri zaman rüsum ödəmək məcburiyyətində qalmaları, əslində rəsmi İrəvan, o cümlədən Nikol Paşinyan üçün dərs olmalıydı. Amma görünür, Nikol Paşinyan Ermənistanın “marionet dövlət” statusunu qoruyub saxlamağa çalışan dairələrin təlimatından çıxmaq və öz xalqının təhlükəsiz gələcəyi üçün mövcud olan çıxış yollarını görmək iqtidarında deyil”,-deyə S.Fətəliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50

