Yeni Azərbaycan Partiyası 29 ildə dünənin, bu günün və gələcəyin partiyası olduğunu təsdiqləyib
22.11.2021 [12:01]
Milli Məclisin deputatı Əliabbas Salahzadə 29 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrün reallıqlarından geniş bəhs edərək bu məqamı xüsusi qeyd edib ki, hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin reallığa çevrilməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin, eyni zamanda, onun rəhbərliyi ilə yaradılan güclü siyasi təşkilatın olması mühüm amillərdəndir. Azərbaycanın davamlı inkişafında, ənənələri olan ölkə kimi nüfuz qazanmasında bu gerçəklik özünün aydın ifadəsini tapıb: “Hazırda nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası dövrün tələbi, xalqın istəyi ilə yaradılaraq zəngin və şərəfli yol keçib. Partiyanın yaradılmasından az müddət sonra ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi. Məlumdur ki, Azərbaycan öz dövlət müstəqilliyini 1991-ci ilin 18 oktyabrında bərpa etsə də həmin illərdə ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan şəxslərin rəhbərliyi müstəqilliyimizi itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Xalqın sabaha ümidi yox idi. Məhz belə bir cətin vəziyyətdə Azərbaycanın böyük idarəçilik təcrübəsi olan, insanları öz arxasınca apara bilən Liderə ehtiyacı var idi. O Lider ulu öndər Heydər Əliyev idi. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə xilaskarlıq misiyasını uğurla həyata keçirərək Azərbaycanı o illərin xaosundan, anarxiyasından, vətəndaş qarşıdurmasından xilas etdi, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etdi. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Ölkəmiz yeni dostlar və tərəfdaşlar qazandı. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza formalaşdı, həmçinin ordumuz Qələbəyə hazırlandı.”
Əliabbas Salahzadə vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın hər yerində ulu öndər Heydər Əliyevi sevənlərin təşkilatlanmasına şərait yarandı: “Naxçıvanda keçirilən təsis konfransından sonra Azərbaycanın digər rayonlarında da YAP-ın rayon təşkilatları yaradıldı. Yerli təşkilatlar ictimaiyyət arasında fəal ideoloji iş apararaq ölkəmizin gələcəyi naminə qüvvələr birliyi yaratmağa çağırışlar etdi və bu istəklərinə yüksək səviyyədə nail oldular. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarının parlaq daşıyıcısı missiyasını şərəflə yerinə yetirir. Partiyanın hər bir üzvü bu ideyaların təbliğatçısıdır.”
Millət vəkili son 18 ildə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edərək bildirib ki, Azərbaycan iqtisadi möcüzələr ölkəsinə çevrildi: “Sabitlik diyarı kimi dünyanın diqqətindədir. Demokratiya təcrübəsi nümunə göstərilir. İqtisadi, siyasi və humanitar mərkəzə çevrilib. Yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirir. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun güclənməsi, beynəlxalq standartlara cavab verməsi dövlət siyasətimizin prioritet məsələlərindən olub. Azərbaycanın bütün sahələrdə uğurları, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü sayəsində 44 gündə 30 ilin işğalına son qoyuldu, cənab İlham Əliyev qalib ölkənin qalib Sərkərdəsi kimi adını tarixə qızıl hərflərlə yazdı.”
“YAP-ın 29 illik fəaliyyətinə nəzər saldıqda qələbələr partiyası olduğunu əminliklə söyləmək olar. Ölkədə keçirilən bütün seçkilərdən qalib çıxan partiyamıza milyonların sevgisi və etimadı tutduğu yola, əqidəyə sadiqliyindən irəli gəlir. Yeni Azərbaycan Partiyasının hər bir qurultayında dövrün tələblərinə uyğun qəbul olunan qərarlar dövlətin, xalqın gələcəyində əhəmiyyətli rol oynayıb. Bu baxımdan partiyanın bu ilin 5 mart tarixində keçirilən VII qurultayı da tarixi hadisə kimi dəyərləndirilərək qəbul olunan yeni qərarlarla diqqətdədir. Tarixin sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası 29 ildə “dünənin, bu günün və gələcəyin partiyası” olduğunu təsdiqləyib”,- deyə Əliabbas Salahzadə qeyd edib.
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

