/ / Əli Əliyev çox pafosla danışdığı demokratiyanın "D"- sından belə xəbərdar olmamaqla yanaşı rəhbərlik etdiyi partiyanı da demokratik dəyərlərdən uzaq idarə edir
Əli Əliyev çox pafosla danışdığı demokratiyanın "D"- sından belə xəbərdar olmamaqla yanaşı rəhbərlik etdiyi partiyanı da demokratik dəyərlərdən uzaq idarə edir
20.11.2021 [13:02]
İlqar Quliyev
YAP Gənclər Birliyinin üzvü
Sosial şəbəkələrdə demokratiya haqqında pafoslu çıxışlar edərək ucuz populizm qazanmağa çalışan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin müavini Əliyar Şirməmmədovun öz vəzifəsindən və partiya üzüvlüyündən istefa səbəblərini öyrəndikdən sonra Əli Əliyevin demokratiya anlayışını sorğulamamaq mümkün deyil. Demokratiya sözünü dilindən düşürtməyən bu şəxs partiyada onunla eyni fikirdə olmayan şəxslərin düşüncələrini qəbul etməməklə yanaşı illərdir yanında olan şəxsə bu səbəbdən münasibətində belə fəqr qoyur. Hər kəsə məlumdur ki, hər hansı bir partiyanın rəhbəri və idarə heyəti arasında bəzi məsələlərdə fikir ayrılıqları ola bilər. Sağlam düşüncəli lider rəhbərlik etdiyi partiyanı təmsil edən şəxslərin fikirlərinə qiymət verər, fikir mübadiləsi aparar və doğru qərarlar verər. İstefa səbəbindən aydın görünür ki, Əli Əliyev çox pafosla danışdığı demokratiyanın "D"- sından belə xəbərdar olmamaqla yanaşı rəhbərlik etdiyi partiyanı da demokratik dəyərlərdən uzaq idarə edir. Kiçik bir partiya daxilində demokratiyanı, ədaləti bərpa edə bilməyən bir şəxsin demokratiyadan və ədalətdən dəm vurması sədəcə yalanlarla dolu pafosdur.
Sosial şəbəkələrdə demokratiya haqqında pafoslu çıxışlar edərək ucuz populizm qazanmağa çalışan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin müavini Əliyar Şirməmmədovun öz vəzifəsindən və partiya üzvlüyündən istefa səbəblərini öyrəndikdən sonra Əli Əliyevin demokratiya anlayışını sorğulamamaq mümkün deyil. Demokratiya sözünü dilindən düşürməyən bu şəxs partiyada onunla eyni fikirdə olmayan şəxslərin düşüncələrini qəbul etməməklə yanaşı illərdi yanında olan şəxsə bu səbəbdən münasibətində belə fərq qoyur. Hər kəsə məlumdur ki, hər hansı bir partiyanın rəhbərləri, idarə heyəti arasında bəzi məsələlərdə fikir ayrılıqları ola bilər. Sağlam düşüncəli lider rəhbərlik etdiyi partiyanı təmsil edən şəxslərin fikirlərinə qiymət verər, fikir mübadiləsi aparar və doğru qərar verər. İstefa səbəbindən aydın görünür ki, Əli Əliyev çox pafosla danışdığı demokratiyanın D-sından belə xəbərdar olmamaqla yanaşı rəhbərlik etdiyi partiyanı da demokratik dəyərlərdən uzaq idarə edir. Kiçik bir partiya daxilində demokratiyanı, ədaləti bərpa edə bilməyən bir şəxsin demokratiyadan və ədalətdən dəm vurması sədəcə yalanlarla dolu pafosdur. Əli Əliyevin partiyasına olan münasibəti timsalında xalqa münasibətini dəyərləndirmək yerinə düşərdi. Əgər bir şəxs kiçik bir partiya daxilində danışdıqları dəyərlərin tam əksini edirsə, yalnız şəxsi maraqlarını üstün tutursa bu şəxsin dövlət və xalqa verəcəyi nə ola bilər? Bu sualı müharibə dövründə xarici qüvvələrin maliyyə dəstəyi ilə fəaliyyət göstərən youtube kanallarını gəzərək etdiyi çıxışlara nəzər salaraq cavablamaq olar. Danışdığı sözlərlə əməli arasında fərq olan bu şəxsin müxalifliyi də elə partiya rəhbərliyi kimidir. Partiya daxilində öz maraqlarını, təkəbbürünü üstün tutan Əli Əliyev eyni zamanda şəxsi maraqlarını dövlət maraqlarından da üstün tutur. Bu şəxsə izah eləmək lazımdır ki, müxalifətdə olmaq dövlət maraqlarına qarşı gəlmək demək deyil. Vətənini, dövlətini sevən hər kəsin bir dövlət marağı olmalıdır. Ümümilikdə götürdükdə isə özünü youtuber kimi aparmaq, dövlət maraqlarına aqresiv, demaqoq yanaşmaq bu şəxsin acizliyindən irəli gəlir. Azərbaycan bizim ortaq sevgimiz ortaq sərvətimizdir! Bu anlayışı dərk edən hər bir kəs tutduğu siyasi mövqedən aslı olmayaraq şəxsi maraqları kənara qoymalı, dövlətinin yanında olmalıdır. Əli Əliyevin yalan və pafos dolu çıxışları sübut edir ki, bu şəxs dövlət maraqlarına yox, dövlətimizin inkişafını, gücünü istəməyən qüvvələrin maraqlarına xidmət edir. Dövlətimizin, xalqımızın böyük bir sınaqdan üzüağ çıxması yəqin ki, Əli Əliyevi və onun havadarlarını çox qıcıqlandırıb. Hətta Əli Əliyev o qədər qıcıqlanıb ki, onun bu aqresiyası partiya daxilində belə hiss olunub. O hətta çox dəm vurduğu demokratik dəyərləri sözdə olsa da yaşada bilməyib. Siyasətdən kənar olan bu şəxsin partiya rəhbərliyindən istefa verərək youtube-də kanal açaraq talk show aparması daha məsləhətdir. Əminəm ki, Əli Əliyevin bu istedadını görən partiya üzvləri ona bu məsələni məsləhət bilərək partiya üzvlüyündən imtina edəcəklər.
Xəbər lenti
Hamısına baxGündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35

