Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ASAN İnnovativ İnkişaf Mərkəzi jurnalistlər üçün süni zəka təlimi reallaşdırıb

ASAN İnnovativ İnkişaf Mərkəzi jurnalistlər üçün süni zəka təlimi reallaşdırıb

01.03.2025 [15:48]

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda təlim təşkil edilib.

AZƏRTAC xəbər verir ki, təlimdə müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.

Məqsəd media nümayəndərinin fəaliyyətində süni zəka alətlərindən effektiv istifadəni dəstəkləməkdir. Həmçinin onların iş prosesini optimallaşdırmaq və informasiya istehsalında innovativ yanaşmaların tətbiqini təşviq etmək əsas hədəflərdir.

Bu çərçivədə iştirakçılara müvafiq sahədə istifadə edilə biləcək süni zəka alətləri, trendlər, çatışmazlıq və inkişaf perspektivləri barədə məlumat verilib. Real nümunələr və vörkşoplar əsasında isə süni zəkanın tətbiqi mənimsənilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

ASAN İnnovativ İnkişaf Mərkəzinin əsas məqsədi qabaqcıl ASAN təcrübəsi əsasında innovativ və yeni təlim metodlarının istifadəsi ilə ölkəmizdə yüksək ixtisaslı kadrlar hazırlamaq, eləcə də dövlət və özəl sektorda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına töhfə verməkdir.

Paylaş:
Baxılıb: 706 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30