Aktau şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
26.02.2025 [22:31]
Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə Baş Konsulluğun əməkdaşları, Türkiyə, Özbəkistan, Türkmənistan və İranın Aktaudakı baş konsulları, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov, universitetin müəllim və tələbələri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
İştirakçılar əvvəlcə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi və kitablarla tanış olublar, faciə qurbanlarının xatirəsinə həsr olunmuş guşəyə gül dəstələri qoyublar.
Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Ayxan Süleymanlı çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin Azərbaycan xalqının tarixinə Xocalı soyqırımı kimi daxil olduğunu, Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə şəhərə hücum edərək silahsız azərbaycanlılara qarşı soyqırımı törətdiyini vurğulayıb.
Qeyd edib ki, bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikalarla şiddətli atəşə tutularaq darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlərə qarşı təhqiramiz hərəkətlər edilib. Kütləvi qırğın nəticəsində 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 487 dinc sakin ağır yaralanıb və 1275 nəfər girov götürülüb.
O, Xocalı soyqırımından 33 il keçməsinə baxmayaraq, bu yaranın xalqımızın qəlbində hələ də sızladığını qeyd edərək bildirib ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan britaniyalı ekspert Tomas de Vaala verdiyi müsahibədə Xocalı qətliamının məqsədyönlü olduğunu açıq şəkildə etiraf edib.
A.Süleymanlı Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun sistemli tədbirlər həyata keçirdiyini, 2008-ci ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının uğurla davam etdiyini vurğulayıb. Qeyd edib ki, bu fəaliyyətin nəticəsi olaraq son illərdə beynəlxalq ictimaiyyət Xocalı soyqırımının tanınması istiqamətində ciddi addımlar atıb. İslam Əməkdaşlıq Təşkilatı, 17 ölkənin parlamenti, ABŞ-ın 20-dən çox ştatı və bir neçə beynəlxalq təşkilat tərəfindən Xocalı soyqırımı haqqında müvafiq sənədlər qəbul edilib.
Baş konsul bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad edib və 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycanın Konstitusiya quruluşunun bərpası məqsədilə Qarabağ bölgəsində lokal antiterror tədbirləri keçirilib. Bunun nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, artıq işğaldan azad edilmiş bir çox ərazilərə, o cümlədən Xocalı şəhərinə məcburi köçkünlərin geri qayıdışı davam etdirilir.
Çıxışının sonunda A. Süleymanlı Xocalı soyqırımının günahkarları – Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərlərinin bəşəriyyət qarşısında mütləq cavab verəcəklərini vurğulayıb və Azərbaycan xalqının Xocalı soyqırımını heç vaxt unutmayacağını diqqətə çatdırıb.
Tədbirdə diplomatik nümayəndəliklər adından çıxış edən Türkiyənin Aktaudakı Baş konsulu Sabri Alptekin Xocalı soyqırımının insanlığa sığmayan vəhşi cinayət olduğunu qeyd edərək, Xocalı sakinlərinin türk olduqları üçün xüsusi qəddarlıqla qətlə yetirildiklərini vurğulayıb.
"Dostluq" Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, diaspor üzvü Vaqif Əliyev öz çıxışlarında Xocalıda mülki əhaliyə qarşı törədilmiş amansız qətliamı pisləyiblər və gələcəkdə bu kimi qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd ediblər.
Çıxışlar zamanı böyük ekranda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Baş Konsulluq tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirilib və iştirakçılara soyqırımla bağlı press-reliz paylanıb.
Tədbirin sonunda gənc rəssam Lalə Hüseynzadənin Xocalı soyqırımına həsr etdiyi "Qumla rəsm videosu", ardından isə Vaqif Mustafayevin rejissoru olduğu "Dərdimi çəkirəm" sənədli filmi nümayiş etdirilib və iştirakçılar üçün ehsan süfrəsi açılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24

