Multikulturalizm Mərkəzində “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib
19.02.2025 [17:23]
Fevralın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Məclisin deputatları, etnik və dini icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BBMM-nin icraçı direktoru Rəvan Həsənov bildirib ki, film Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin həyat və fəaliyyətinə, onun Azərbaycanın ictimai və dini həyatında oynadığı mühüm rola həsr olunub. İcraçı direktor diqqətə çatdırıb ki, bu gün Azərbaycanda 50-dən çox xalqın və etnik azlığın nümayəndəsi yaşayır. Onlar say tərkibinə görə fərqlənirlər, lakin onların hər biri öz mədəni kodunun daşıyıcısıdır ki, bu da onlara mədəni xüsusiyyətləri müəyyən etməyə imkan verir. Yəhudilər də bütün etnik və dini azlıqlar kimi Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar, yəhudi icmasına qarşı heç bir ayrı-seçkilik yoxdur. Azərbaycanda mövcud olan zəngin yəhudi mədəni irsi belə dinc yanaşı yaşamanın nəticəsidir. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan “Vətənə bağlı” sənədli filmində də Azərbaycandakı multikultural mühit, yəhudilər və onların Azərbaycandakı yaşayışı lentə alınıb.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupunun rəhbəri Faiq Hüsiyev, filmin ssenari müəllifi Afaq Vasifqızı və rejissoru Elnurə Kazımova çıxışlarında film haqqında ətraflı məlumat veriblər. Vurğulayıblar ki, “Vətənə bağlı” sənədli filmi Milix Yevdayevin Vətənə olan dərin sevgisini, onun cəmiyyətə və milli-mənəvi dəyərlərə xidmətini tamaşaçılara çatdırmağı hədəfləyir. Filmdə onun şəxsi keyfiyyətləri, Vətənə sədaqəti, dini və milli icmalar arasında qurduğu səmimi münasibətlər, eləcə də Azərbaycanın tolerantlıq ənənələrinin möhkəmlənməsində oynadığı rol xüsusi vurğulanır.
Sonra “Vətənə bağlı” filmi nümayiş olunub.
Filmin nümayişindən sonra çıxış edənlər – Milli Məclisin deputatları Arzu Nağıyev, Ceyhun Məmmədov, Azərbaycan Televiziyasının “Telefilim” studiyasının direktoru rejissor Elçin Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti Əkbər Qoşalı, Xalq rəssamları Arif Hüseynov, Ağaəli İbrahimov, Sirus Mirzəzadə, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, Azərbaycanda Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov və Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili vurğulayıblar ki, “Vətənə bağlı” sənədli filmi Milix Yevdayevin zəngin həyat yolunu və onun Azərbaycan cəmiyyətində oynadığı mühüm rolu əks etdirən dəyərli bir ekran əsəridir. Bu film vasitəsilə tamaşaçılar təkcə bir insanın ömür yolunu deyil, Azərbaycanın tolerantlıq ənənələrini izləmək imkanı qazanırlar.
Tədbirin sonunda Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək təbirin təşkilatçılarına, iştirakçılarına və filmin yaradıcı heyətinə dərin təşəkkürünü bildirib.
Təqdimat mərasimi çərçivəsinsdə rəssam Ülkər Əliyevanın rəsm əsərləri nümayiş olunub.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

