Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilib

10.02.2025 [12:13]

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirəni açan Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Vaqif İbrahimov Xidmətin 2024-cü il ərzində fəaliyyəti barədə geniş məlumat verərək, ölkədə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, o cümlədən vətəndaşların həyat və sağlamlığının, ölkənin milli sərvətlərinin yanğından qorunması istiqamətində müхtəlif təyinatlı оbyеktlərdə və yaşayış sahələrində qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsinə nail olunduğunu qeyd edib. 2025-ci ildə də Xidmətin qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün şəxsi heyətin səylə fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Sonra nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev çıxış edərək, ötən il əvvəlki illə müqayisədə yanğınların sayında azalmanın qeydə alındığını vurğulayıb, bu müsbət dinamikanın əsasında, ilk növbədə, nəzarət qurumunun yanğınların profilaktikası baxımından səmərəli fəaliyyəti və əhali arasında aparılan geniş maarifləndirmə işlərinin dayandığını qeyd edib, cari ildə Xidmətin qarşısında duran vəzifələrdən danışıb.

Daha sonra çıxış edənlər ötən il Xidmətin fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə məruzə edərək, görülmüş işlər barədə geniş məlumat verib, həmçinin cari ildə aidiyyəti üzrə atılacaq addımlardan danışıblar.

Müşavirədə mövzu üzrə geniş müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30