Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində əməkdaşlıq prioritetləri müzakirə edilib

Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində əməkdaşlıq prioritetləri müzakirə edilib

16.01.2025 [22:53]

Yanvarın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində mümkün əməkdaşlıq məsələləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Komitə sədri Bahar Muradova Azərbaycanın Asiya regionunda ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayan təşkilata sədrliyi dövrünün uğurla həyata keçirildiyini bildirib. O, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, xüsusilə də COP29 kimi mötəbər konfransın keçirilməsi təcrübəsinə malik ölkə olaraq Azərbaycanın AQEM-ə sədrlik etdiyi dövrdə də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə, eləcə də təşkilatın institusional inkişafına töhfə verəcəyini qeyd edib.

Üzv dövlətlər arasında qadın və uşaq hüquqlarının müdafiəsi, ailə dəyərləri və milli identikliyin qorunması sahəsində əməkdaşlığın önəmini vurğulayan sədr AQEM yanında qadınlar birliyinin yaradılması təklifini irəli sürüb. B.Muradova bu birliyin qadın hərəkatının geniş vüsət aldığı Asiya regionunda qadınların təşkilatlanaraq gücləndirilməsinə və həyata keçirilən layihələrdə fəal iştirakına səbəb olacağını deyib.

AQEM-in Baş katibi Kayrat Sarıbay Azərbaycanın bu Təşkilatın çağırılması ilə bağlı təşəbbüsü dəstəkləyən ilk dövlətlərdən biri olduğunu və hazırda təşkilat çərçivəsində əməkdaşlıqda fəal iştirak etdiyini bildirib. Türk dünyasında qadının rolunun yüksək qiymətləndirildiyinə diqqət çəkən baş katib, Azərbaycanın təşkilata sədrliyi dövründə qadınların inkişafı və iqtisadi gücləndirilməsi layihələrinin prioritet istiqamətlərdən olacağını bildirib və bu sahədə mühüm nəticələrin əldə ediləcəyinə inamını ifadə edib.

Görüş Azərbaycanın sədrliyi dövründə AQEM üçün əhəmiyyət kəsb edən digər mövzular üzrə prioritetlərin müzakirəsi ilə davam edib.

Paylaş:
Baxılıb: 685 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30