Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək

“Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək

19.11.2024 [20:18]

Noyabrın 20-də COP29 çərçivəsində Urbanizasiya, Turizm və Nəqliyyat Günü olacaq. Həmin gün “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, tədbirdə davamlı şəhər nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi, karbon emissiyasının azaldılması, nəqliyyat sektorunun yaşıllaşdırılması yolu ilə havanın keyfiyyətinin yaxşılaşdırılması, bu məsələlərin dövlətlərin siyasətinə daxil edilməsi müzakirə olunacaq.

Ekoloji baxımdan dünyanın qabaqcıl şəhərləri ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısının alınmasında əsas addımlardan biri kimi elektrik avtobuslarından istifadəni görür.

Məlumata əsasən, bir müddət əvvəl Bakı şəhərində Zığ Elektrik Avtobus Parkı istifadəyə verilib. Hazırda avtobus parkı elektrik mühərrikli 160 ədəd avtobusdan ibarətdir. 2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir.

Bundan əlavə, həyata keçirilən islahatlar nəticəsində taksi avtoparkı da yenilənir və ölkəyə çoxlu sayda elektromobillər idxal olunur, 150 ədəd “Levc TX5” markalı “plug-in hibrid” taksilər də gətirilib.

Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30