Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilib

Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilib

14.11.2024 [16:29]

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyinin müşaviri Fərid Vəliyev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Tural Verdiyev və Qoruğun məsul əməkdaşı Səmayə Məmmədova 13-15 noyabr tarixləri arasında Sloveniyanın Lyublyana şəhərində keçirilən Tarixi Şəhərlər Liqasının (TŞL) 19-cu Dünya Konfransında iştirak məqsədi ilə bu ölkəyə səfər ediblər.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər çərçivəsində TŞL-nin Baş katibi Shibata Shigenori və Sloveniyanın Lyublyana şəhərinin meri Zoran Yankoviçlə görüşlər keçirilib. Konfrans çərçivəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzovun təqdimatı əsasında iştirakçı ölkələrə Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası, tarixi-mədəni irsinin qorunmasının mühüm əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, hazırda Şuşada geniş abadlıq və quruculuq, yenidənqurma işləri aparılır, yeni infrastruktur obyektləri yaradılır, şəhərin dünya ictimaiyyətinə tanıdılması istiqamətində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilir.

Paylaş:
Baxılıb: 701 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30