Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Komitə sədri: Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram mövcuddur

Komitə sədri: Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram mövcuddur

15.10.2024 [17:58]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 15-də Türkiyə Cümhuriyyəti İbn Xaldun Universitetinin Himayəçilər Şurasının sədri İrfan Gündüz ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ramin Məmmədov iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərdən bəhs edərək, Azərbaycanla Türkiyəni qardaşlıq əlaqələrinin inkişafına yönəlmiş iradə və əzmkarlığın birləşdirdiyini qeyd edib.

Komitə sədri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dinlərarası dialoqu və İslam həmrəyliyini dəstəkləyən, bu prosesdə aktiv iştirak edən Azərbaycanın nümunəvi təcrübəsinin önəmi barədə danışıb. Bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində uğurlu işlər həyata keçirilir. Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram mövcuddur, mədəniyyətlərarası dialoqun inkişafı, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir.

İbn Xaldun Universitetinin Himayəçilər Şurasının sədri İrfan Gündüz Azərbaycanın birgəyaşayış mühitinin qorunub-saxlanılmasına göstərdiyi diqqəti, dinlər arasında ünsiyyət platformasının daha da dərinləşdirilməsi istiqamətindəki töhfələrini qeyd edib. Qonaq, həmçinin gənc nəslin mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyəsinin önəmindən danışıb.

Paylaş:
Baxılıb: 759 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30