“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını təqdim edib
21.08.2024 [11:59]
Avqustun 21-də “Mənim Səsim” Seçki Monitorinq Koalisiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar aralıq hesabatı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, hesabatı Koalisiyanın həmtəsisçisi Səadət Bənənyarlı, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri Səidə Qocamanlı təqdim ediblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan ərazisini əhatə edən 65 seçki dairəsində müşahidələr aparmaq üçün Koalisiya tərəfindən 533 müşahidəçi seçilib. Onlar üçün təlimatlandırıcı “Yaddaş”, üzərində koalisiyanın loqosu əks edilmiş döş nişanları hazırlanıb. Müşahidəçiliklə bağlı təlimləri keçmiş müşahidəçilər arasında qadınlar, gənclər və ziyalılar da var.
Qeyd edilib ki, ölkə ərazisində seçki prosesini monitorinqini aparan müşahidəçilər bölgələrdə gedən prosesləri diqqətlə izləyir, məlumatlar toplayırlar. Koalisiyanın yaratdığı işçi qrup öz növbəsində seçki prosesi ilə bağlı baş verən bütün prosesləri dərindən izləməkdə, müşahidələr aparmaqla, obyektiv və subyektiv cəhətləri ətraflı şəkildə təhlil etməkdədir.
Eyni zamanda, bildirilib ki, müşahidəçilərin verdiyi məlumatlara əsasən, respublikanın heç bir yerində imza toplama prosesində namizədliyini irəli sürən şəxslərə maneə törədilməyib. Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən şəxslər tərəfindən bildirilən məlumatlara görə namizədliklərin qeydə alınmaması əsasən sənədləşmədəki qüsurlarla bağlı olub.
Diqqətə çatdırılıb ki, seçkilərdə 25 siyasi partiyadan 459 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, onlardan 305-nin namizədliyi qeydə alınıb. Bundan başqa, Seçki Məcəlləsinə əsasən, 60-dan çox namizədi qeydə alınmış siyasi partiya və partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media qurumlarında ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılır. Yəni, 60-dan çox namizədi qeydə alınmış partiya və onların blokları pulsuz efir imkanından istifadə etməklə təşviqat kampaniyası apara bilər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54

