Moskva Almatı danışıqlarını alqışlayır
15.05.2024 [16:54]
Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi üzrə Almatıda danışıqlar aparmasını alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin “News.ru” portalına müsahibəsində bildirib.
“Mayın 10-11-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi üzrə Almatıda danışıqlar aparmasını alqışlayırıq. Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülhə və təhlükəsizliyə nail olunması istiqamətində daha bir addım atıldı. Astananın bu istiqamətdə səylərini tam dəstəkləyirik.”, - deyə nazir müavini qeyd edib.
RF xarici işlər nazirinin müavini, həmçinin regionda Avropa İttifaqının (Aİ) müşahidəçi missiyasının olması faktını şərh edib. Onun sözlərinə görə, Ermənistanda Aİ missiyası NATO-ya üzv ölkələr cəlb edilməklə və şübhəli məqsədləri olan Qərbin yarımhərbi əməliyyatına çevrilib. M.Qaluzin hesab edir ki, missiyanın nə Ermənistana, nə də Azərbaycana tabe olmaması və ona nəzarət edilməməsi deməyə əsas verir ki, o, Aİ-nin hibrid müharibə alətidir. “Missiya açıq-aşkar təxribatçılıq fəaliyyəti aparır, anti-Rusiya təbliğatı ilə, erməni cəmiyyətində Avropa İttifaqının Ermənistanın “təhlükəsizlik və tərəqqi mənbəyi” olması kimi yanlış təsəvvürlər yaymaqla məşğul olur. Üstəlik, Aİ-nin fəaliyyəti getdikcə anti-Azərbaycan və anti-İran xarakteri alır”, - deyə Qaluzin qeyd edib.
RF XİN başçısının müavininin fikrincə, Cənubi Qafqazın tərəqqisinə gedən yol inklüziv dialoqdan, xüsusən də “3+3” məşvərətçi regional platforması çərçivəsində yaranan məsələlərə kollektiv cavabın axtarışından və region xaricindəki qüvvələrin geosiyasi göstərişlərinə müqavimət göstərməkdən keçir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

