Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
05.05.2024 [10:00]
Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı təqdim olunub. Konsert Fondun yaradılmasının 20 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, konserti Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər.
Konsert proqramı Heydər Əliyev Fondunun fəaliyyətinə, mədəniyyət sahəsində gördüyü işlərə dair videoçarxın nümayişi ilə başlayıb.
Videoçarxda diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu 2004-cü ildə Ulu Öndərin siyasətini əks etdirmək, yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılıb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond 20 il ərzində saysız-hesabsız uğurlara nail olub, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini verib. Heydər Əliyev Fondu, həmçinin ölkəmizin dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində yorulmaz fəaliyyət göstərib.
Fondun yubiley konserti həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyıb. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinin inkişafına dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib.
Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, milli, klassik və caz musiqisi ilə bağlı layihələri, müxtəlif musiqi festivalları yeni istedadların üzə çıxarılmasına, onların inkişafına təkan verib.
Bugünkü konsert proqramında da məhz bu incəsənət xadimləri, - yaradıcılıqlarında Heydər Əliyev Fondunun iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi mədəniyyət və incəsənət xadimləri, - Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Samir Cəfərov (tenor), Təyyar Bayramov (xanəndə) və digərləri çıxış ediblər.
Hər bir ifaçının çıxışından əvvəl onların Azərbaycan mədəniyyətinin hamisi olan Heydər Əliyev Fonduna təbriklərini əks etdirən qısa videomaterial təqdim olunub.
Konsertdə ifaçıları Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijorlar- Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov, Mustafa Mehmandarov) müşayiət edib.
Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər respublikanın Xalq artisti Gülbacı İmanova) və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Xor kollektivinin (bədii rəhbər Dilarə Əliyeva) iştirakı da konsertə xüsusi rəng qatıb.
Gecədə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ilə yanaşı, xalq mahnılarımız, təsnif və muğamlarımız, eləcə də bir sıra filmlərimizə yazılmış bənzərsiz musiqi əsərləri səsləndirilib.
Böyük peşəkarlıqla hazırlanmış konsert proqramı bir daha göstərdi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 20 illik fəaliyyətində Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, sosial və digər sahələrdəki önəmli layihələri ilə mühüm nailiyyətlərə imza atan, ən əsası isə insanların sevgi və inamını qazanan Heydər Əliyev Fondunun gördüyü işlərdə milli-mədəni, mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların təbliği xüsusi önəm kəsb edir. Heydər Əliyev Fondu ötən illərdə mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verib və Fondun 20 illiyi ərəfəsində keçirilən konsert də həmin uğurların kiçik bir hissəsinin nümayişi sayıla bilər.
Fəaliyyətində hər zaman Qarabağa xüsusi həssaslıqla yanaşan Fondun möhtəşəm yubiley konsertinə “Qarabağ” şikəstəsinin səslənməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxİdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20

