"Sağlam ailə qurmaq üçün gənclərə psixoloji yetişkənlik və sosial məsuliyyət lazımdır"
17.04.2024 [10:15]
Günümüzün ən aktual mövzulardan biri erkən nikahlarla bağlıdır. Heç kəsə sirr deyil ki, nikah öz-özlüyündə bir çox problemi əks etdirir. Bunlara ölkənin inkişaf səviyyəsi, təhsil, sosial-iqtisadi vəziyyət, insan hüquqlarının müdafiəsi və s aiddir.
Elə bu günkü müsahibəmiz də erkən nikahlarla bağlıdır.
Suallarımızı psixoloq İlhamə Mustafayeva cavablandırıb. Beləliklə müsahibəni təqdim edirik.
- İlhamə xanım erkən nikahların altında hansı səbəblər gizlənir?
- Erkən nikahların baş tutmasının ən birinci səbəbi qızların və ya oğlanların özlərini böyük kimi hiss etmələridir. Qız özünü gəlinlik paltarı geyindiyi zaman, oğlan isə bəylik kostyumu geyindiyi zaman sanki "mən böyümüşəm" mesajını ötürürlər. Psixoloji səbəbdən dolayı daxili bir ehtiyac yaranır. Tez böyümə hissini keçirmək üçün buna atılır. Sonradan onları gözləyən sosial, məişət, maddi çətinliklər və digər problemlərlə qarşı-qarşıya qalırlar. Çünki sağlam ailə qurmaq üçün gənclərə həm psixoloji yetişkənlik, həm də ki sosial məsuliyyət lazımdır. Yəni, bunu öncədən görə bilmirlər. Gənclər daha çox elçilik, toy, nişan, qonaqlıq, cehiz yığmaq və s. kimi "rəngarəng" emosiyalarında qalırlar. Bu, onlara zövq verir və bu illyüziyadan o tərəfini - sonrakı çətinlikləri görə bilmirlər. Digər bir səbəb isə həddindən çox ciddi valideynlərə sahib olmaqdır. Ailə basqılardan qurtulmaq üçün çıxış yolunu ailə qurmaqda görürlər. Başqa bir məsələ isə maddi cəhətdən qız ata evində əldə edə bilmədiklərini həyat yoldaşından əldə etmək istəyir.
- Ölkəmizdə daha çox belə hallar cənub bölgələrimizdə baş verir. Sizcə bu nə ilə bağlıdır?
- Cənub bölgəsi günəşin daha çox şəfəq saldığı bir bölgə olaraq yetişmə prosesi sürətli olur. Bioloji, təbii faktı da qeyd edək ki, bu bölgələrdə olan ailələrdə uşaqların sayı daha çox olur. Həm ailədə maddi, sosial yük olur, həm də qız uşaqlarını gələcəkdə ərə getmək üçün yetişdirilir. Bölgə olaraq fərq qoymağımız düzgün olmasa da reallıq göz qarşısındadır.
- Erkən nikaha girən gənclər hansı psixoloji problemlərlə üzləşə bilərlər?
- Bəzən olur ki, oğlan 19 yaşında ailə qurur. 20 yaşında ata olur. Özünün 34 yaşında övladının 14 yaşı olur. Oğlunun keçirdiyi yeniyetməlik, gənclik həyatına baxıb paxıllıq edir. Çünki, özü yeniyetməlik, gənclik həyatını yaşamayıb. Belə olduğu halda valideynlər övladlarına sevgi verə bilmirlər. Valideyn sevgisi olmayanda uşaq gedib kənar adamlardan sevgi axtarır.
- Sizcə yetkinlik neçənci yaşdan başlayır?
- Əslində yeniyetməlik yaşı 21 yaşında tamamlanır, psixoloji yetkin olmaq üçün 21 yaş tamam olmalıdır. Amma bəzən psixoloji olaraq yetkinlik dövrünün tam olaraq hansı yaşda göstərməsi insanın şəxsi individual ailə tərbiyəsindən, özünün psixoloji xüsusiyyətlərindən irəli gəlir.
Burada məsuliyyət çox önəmlidir. Məsələn, ola bilər ki, bəyin 22-23 yaşı var, digər bir bəyin 30 yaşı var, lakin 23 yaşda olanın məsuliyyəti daha çoxdur. Bəzən olur ki, burada genetik faktorlar da rol oynayır.
- Bu problemlərlə bağlı sizə müraciət edən pasiyentlər olub?
- Bəli. Elə qızlar olub ki, 17-18 yaşında qaçırılıb, polis axtarışı ilə tapılıb, yanımıza gətirilib, biz ona dəstəyimizi göstərmişik. Öncədən onları gözləyən çətinlikləri başa salırıq. Terapiya zamanı məlum olur ki, gənc xanımların gənc yaşda ailə qurmasından dolayı psixoloji, sosial və yaxud da intellektual cəhətdən, təhsil baxımından tələbatları ödənilməməsi zəminində onlar bir boşluq içində qalırlar.
- Erkən nikahlarda cinsi tələbat məsələsi necə rol oynayır?
- Düşünürəm ki, öz orqanizminin xüsusiyyətlərinə, hormonlarına qalib gələ bilməməsi və orqanizminin əsirinə çevrilməsi onların bir məqsədinin, planının, məşğuliyyətinin olmamasından irəli gəlir.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49

