/ / “Red Bull Racing” komandasının pilotu Serxio Peres ikinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
“Red Bull Racing” komandasının pilotu Serxio Peres ikinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
30.04.2023 [17:17]
Red Bull Racing” komandasının pilotu Serxio Peres Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisinin qalibi olub.
Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü pillədə yer alıblar.
Qeyd edək ki, S.Peres 2021-ci ildə də Azərbaycan Qran-Prisinin qalibi olub.
Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Pilotlar 2 saat ərzində Bakı şəhər trekində 51 dövrə vurublar.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 28-də start verilib. Azərbaycan Qran-Prisinin ilk günündə Formula 1 pilotları sərbəst yürüş və sıralanma yürüşlərində mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Sərbəst yürüşdə Red Bull Racing” komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. “Ferrari”nin pilotu Şarl Lekler və “Red Bull Racing”in digər sürücüsü Serxio Peres ilk üçlüyü tamamlayıblar. Sıralanma turunu isə “Ferrari”nin pilotu Şarl Lekler qalibi kimi başa vurub. “Red Bull Racing”in üzvləri Maks Ferstappen ikinci, Serxio Peres isə üçüncü yerdə qərarlaşıblar. Bu qələbə sayəsində monakolu pilot cari mövsüm ilk, Bakı şəhər halqasında ardıcıl üçüncü poul qazanıb. Həmçinin bu, onun karyerasında qazandığı 19-cu nailiyyətdir. Aprelin 29-da isə sprint üçün təsnifat və sprint yarışları təşkil olunub. Təsnifat yarışında “Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”in pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar. Sprint yarışı isə S.Peresin qələbəsi ilə yekunlaşıb. Ş.Lekler ikinci, M.Ferstappen isə üçüncü olublar.
Formula 1 üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Qran-Prinin dördüncü mərhələsinə Bakı ev sahibliyi edib. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Builki dünya çempionata martın 3-5-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı və Avstraliyada keçirilib.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfə ev sahibliyi edib. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Luis Hamilton (“Mercedes”-2018), Valtteri Bottas (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” – 2021), Maks Ferastappen (Red Bull Racing” – 2022) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51

