Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Renoir muzeyində oğurluq: 9 milyon avroluq zərər, iki rəsm hələ də tapılmayıb

Renoir muzeyində oğurluq: 9 milyon avroluq zərər, iki rəsm hələ də tapılmayıb

09.09.2026 [12:50]

Fransanın Kanya-sür-Mer şəhərində yerləşən Renoir muzeyi sentyabrın 8-də qarət edilib. Soyğunçular muzeyə zorla daxil olaraq dörd rəsm əsərini oğurlayıblar. Lakin qaçarkən əsərlərdən ikisini bağçada atıblar. Hadisə ilə bağlı mütəşəkkil dəstə tərəfindən oğurluq və cinayət törətmək məqsədilə cinayətkar birliyin yaradılması ittihamları üzrə araşdırma başlanıb.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, muzeyin siqnalizasiya sistemi saat 05:48-də işə düşüb. Beş dəqiqə sonra bələdiyyə polisi hadisə yerinə çatıb. Təhlükəsizlik kameralarında iki şəxsin muzeydən əsərləri çıxardığı qeydə alınıb. Soyğunçular villanın hasarını metal mişarla kəsib, rəsmlərin bərkidildiyi hissələri də mişarlayıblar. Pəncərələrdən birinin şüşəsi də zədələnib.

Muzeydən “Coco lisant”, “Portrait de Madame Stephen Pichon”, “Portrait de Madame Colonna Romano” və “Jeune Femme au puits” adlı dörd əsər oğurlanıb. Onlardan “Coco lisant” və “Portrait de Madame Stephen Pichon” muzeyin bağçasında tapılıb. Digər iki əsər – “Portrait de Madame Colonna Romano” və “Jeune Femme au puits” isə hələ də axtarılır. Dörd əsərin ümumi dəyəri təxminən 9 milyon avro qiymətləndirilir.

Hadisə Fransadakı muzeylərin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Bu oğurluqdan təxminən bir il əvvəl Luvr muzeyində baş vermiş və zərəri 88 milyon avro qiymətləndirilən böyük qarətdən sonra mədəni irsin qorunması məsələsi xüsusilə diqqət mərkəzindədir.

Mədəniyyət Nazirliyi iyul ayında muzeylərdə oğurluqların qarşısının alınması üçün 33 tədbirdən ibarət plan təqdim edib. Planda, xüsusilə, ən həssas eksponatların təhlükəsiz şəraitdə müvəqqəti qorunması və muzeylərin təhlükəsizlik sistemlərinin gücləndirilməsi tövsiyə olunur.

Renoir muzeyi isə araşdırma başa çatanadək ictimaiyyət üçün bağlı qalacaq.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Elm

Silahdan daha güclü

09 Sentyabr 08:31  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30