Fransada məktəblərinin 69 faizi yeni tədris ilinə kadr çatışmazlığı ilə başlayıb
08.09.2026 [23:10]
Fransada 2026–2027-ci tədris ili milyonlarla şagird üçün sentyabrın 1-də başlayıb. Lakin Snes-FSU həmkarlar ittifaqının məlumatına görə, orta təhsil müəssisələrinin təxminən üçdə ikisində (69 faizində) ən azı bir əməkdaş çatışmayıb. Buraya müəllimlərlə yanaşı, psixoloqlar, baş təhsil məsləhətçiləri (CPE), təhsil assistentləri (AED) və əlilliyi olan şagirdləri müşayiət edən əməkdaşlar (AESH) da daxildir.
AZƏRTAC xəbər verir ki, Snes-FSU həmkarlar ittifaqı xüsusilə dövlət məktəblərində vəziyyətin narahatedici olduğunu bildirir. İttifaqın hesablamasına görə, dövlət orta məktəblərinin 53 faizində ən azı bir müəllim çatışmayıb. Ötən il bu göstərici 73 faiz olduğundan vəziyyətdə müəyyən yaxşılaşma olsa da, həmkarlar ittifaqı bunu kadr çatışmazlığının aradan qalxdığı kimi qiymətləndirmir.
Snes-FSU hesab edir ki, kifayət qədər kadr olmadığı üçün təhsil sisteminin nəticələrinin yaxşılaşdırılması çətin olaraq qalır. İttifaqın sözlərinə görə, Təhsil Nazirliyinin nikbin açıqlamalarına baxmayaraq, yeni tədris ilinin əvvəlində bütün siniflər müəllimlə təmin edilməyib.
2026-2027-ci tədris ilinin əvvəlində müəllim çatışmazlığının daha çox riyaziyyat, fransız dili, fizika-kimya və ingilis dili fənlərində müşahidə edildiyi bildirilir. Müəllim çatışmazlığı ilə yanaşı, kolleclərin və liseylərin 17 faizində AESH əməkdaşlarının da olmadığı qeyd olunur.
Kadr çatışmazlığı bütün Fransada eyni səviyyədə deyil. Versal akademiyasında orta məktəblərin 70 faizindən çoxunda personal çatışmazlığı qeydə alınıb. Tuluza (66,7 faiz), Nant (61,7 faiz) və Kreteil (61,1 faiz) akademiyalarında da vəziyyət ölkə üzrə orta göstəricidən daha ağırdır.
Reyms və Amyən akademiyalarında isə təxminən hər dörd müəssisədən birində kadr çatışmazlığı müşahidə olunur.
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04

