Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Ramştayn” formatında keçirilən iclasda Ukraynaya yeni hərbi və maddi yardımlar elan edilib

“Ramştayn” formatında keçirilən iclasda Ukraynaya yeni hərbi və maddi yardımlar elan edilib

09.09.2026 [13:09]

Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) növbəti iclasında hava hücumundan müdafiə və dronların istehsalı məsələləri müzakirə edilib.

AZƏRTAC Ukrayna Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, iclasda Ukraynanın müdafiə naziri Yevgeni Xmara və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapatı Müdafiə Qüvvələrinin müharibə planını ilk dəfə tərəfdaşlarına təqdim ediblər.

Görüşdən sonra tərəfdaşlar Ukraynanı döyüş meydanında gücləndirmək məqsədilə yeni yardım paketlərini elan ediblər.

Almaniya “Patriot” sistemləri və F-16 təyyarələri üçün tutucu raketlərin yeni tədarükünü, həmçinin dronların alınmasını elan edib.

Birləşmiş Krallıq PURL vasitəsilə Amerika silahlarının tədarükü üçün 100 milyon funt-sterlinq ayıracağını, ilin sonuna qədər əlavə 95 min dron və digər ölkələrdən on minlərlə uzaqmənzilli artilleriya mərmisinin tədarükünü açıqlayıb.

Niderland “Dron Xətti” layihəsinə 300 milyon dollar məbləğində töhfə verəcəyini və 300 ədəd PUA əleyhinə raket təqdim edəcəyini bildirib.

Estoniya 2027-ci ildə Ukraynaya ÜDM-in ən azı 0,25 faizi səviyyəsində dəstək göstərəcəyini açıqlayıb.

Norveç “Patriot” raketlərinin alınması üçün 200 milyon dollarlıq paket elan edib.

İspaniya NATO Dəstək və Təchizat Agentliyi vasitəsilə yanacaq, hava hücumundan müdafiə raketləri və artilleriya sursatlarının tədarükünə 2 milyon avro məbləğində yardım ayıracağını bildirib.

Litva 10 milyon dollarlıq yardım, Polşa isə hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, 50 milyon avro dəyərində yeni yardım paketi elan edib.

İsveç isə 14 milyon dollarlıq töhfə də daxil olmaqla, ümumilikdə 28 milyon dollar həcmində dəstək paketini açıqlayıb.

Paylaş:
Baxılıb: 35 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Elm

Silahdan daha güclü

09 Sentyabr 08:31  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30