Bakı dünyanın diqqət mərkəzində...
14.09.2024 [10:22]
Paytaxtımızda səkkizinci dəfə keçirilən Formula 1Dünyanın gözü yenidən Azərbaycana dikilib. Dünən Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə start verilib. Qran-Pri pilotların ilk sərbəst yürüşü ilə başlayıb. Yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vurublar. Bütövlükdə, yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunub.
10 komanda, 20 pilot mübarizə aparır
Paytaxtımız artıq səkkizinci dəfədir ki, Formula 1 yarışlarına ev sahibliyi edir. 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışırlar. Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.
Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Bu gün Bakı Şəhər Halqasında Formula 1 üzrə sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 15-də əsas yarış baş tutacaq.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
Formula 1 Azərbaycan Qran-Prisinin qlobal izləyici kütləsinin rekord həddə çatacağı gözlənilir. Bakı Şəhər Halqasının mətbuat xidmətindən verilən məlumata görə, yarışı 300-ə yaxın media nümayəndəsi işıqlandıracaq. Bunların 200-ə yaxını xarici media qurumlarının jurnalistlərrdir. Dünya media nəhəngləri “Sky Sports”, “Motorsport”, “Canal+”, “Netflix”, “The Sun” və digərləri bu sırada yer almaqla 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşacaq.
Tədbirin promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən qurulmuş, hazırda 450 nəfərlik tutumu olan Media Mərkəz jurnalistlərin ixtiyarına verilib. Yarış həftəsi, çərşənbə günündən etibarən fəaliyyətə başlayan Mərkəzdə yerli və xarici media mənsubları Media Akkreditasiya Mərkəzinin, Media Mərkəzinin xidmətlərindən faydalanır. Həmçinin mərkəzdə komandaların mətbuat konfransları keçirilir. Jurnalistlər sorğularını Mərkəzin qəbul-sorğu masalarına yönəldə bilirlər. Media Mərkəzi Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə uyğun qaydada təsis edilir.
Qeyd edək ki, 2023 -cü il Formula 1 Azərbaycan Qran-Prisini televiziya və sosial media platformalarından 90 milyon insan izləyib. Formula 1 tərəfindən təqdim edilən rəsmi statistikaya əsasən, 2022-ci ildə bu rəqəm 59 milyon olub. Azarkeş və turist sayında, eyni zamanda, bilet satışlarındakı göstəricini nəzərə alaraq, bu il Azərbaycan Qran-Prisinin qlobal izləyici sayında da daha bir rekorda imza atılacağı istisna deyil.
Formula 1 Azərbaycanı dünyaya tanıdır
Formula1 yarışının dünyada populyarlığı kifayət qədər yüksəkdir. Çox haqlı olaraq onu Olimpiya Oyunları, futbol üzrə dünya çempionatı ilə müqayisə edirlər. Belə bir yarışın ev sahibliyi hüququnun Azərbaycana verilməsi beynəlxalq səviyyədə ölkəmizə göstərilən yüksək etimadın təzahürüdür. Respublikamızda uzunmüddətli sabitlik hökm sürür. Kriminogen durumla bağlı hər hansı bir problem yaşanmır. Ölkədə dünyanın çox az bir yerində rast gəlinə biləcək multikultural mühit var. Burada irqi-dini ayrı-seçkiçiliyə qətiyyən rast gəlinmir. Bakının gözəlliyi bu müsbət reallıqları tamamlayır. Bütün bunlar da beynəlxalq birliyin Azərbaycana getdikcə artan etimadını şərtləndirir. Dünya respublikamıza inanır və güclü dövlət olan Azərbaycan da bu inamı yüksək səviyyədə doğruldur. İndiyədək Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə, tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına, IV islam Həmrəyliyi Oyunlarına, 74-cü Beynəlxalq Astronavtika Konqresinə, çoxsaylı enerji sammitlərinə, dialoq forumlarına ev sahibliyi edib. Formula 1 yarışının ardınca isə respublikamız BMT-nin ən irimiqyaslı tədbirlərindən olan COP29- a ev sahibliyi edəcək. Bu tədbirlərin keçirilməsi zamanı ölkəmiz özünün yüksək standartlarını təqdim edir. Belə tədbirlərin keçirilməsi bir tərəfdən Azərbaycanın necə güclü dövlət olduğunu nümayiş etdirir, digər tərəfdən isə dünyada qəbul olunan platformalar üzərindən ölkəmizin hər cəhətdən müsbət olan reallıqları təbliğ edilir. Biz daha geniş miqyasda dünya arenasına çıxırıq, ölkəmizin nüfuzu, siyasi çəkisi daha da artır.
Formula 1 yarışının Bakıda baş tutması ölkəmizin turist cəlbediciliyinin artması baxımından da çox önəmlidir. Yarış ərəfəsində paytaxtımıza çoxsaylı turistlərin gəldiyini müşahidə etmək mümkündür. Ölkəyə ayaq basan hər turist burada müəyyən xidmətlərdən yararlanır, alış-veriş edir. Bu isə həm də ölkə üzrə xidmət sektorunda və əlaqəli sahələrdə fəallığın artması, büdcəyə əlavə vəsaitlərin cəlb olunması deməkdir. Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur. Digər yarışlar isə stasionar yerlərdə keçirilir. Beləliklə, biz Formula 1 yarışı ilə paytaxtımızın tarixi və müasir simasını bütün dünyaya təqdim etmiş oluruq ki, bu da xüsusi əhəmiyyət daşıyır.
MÜBARIZ
Xəbər lenti
Hamısına bax
İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21
