Qalib ölkəmizin inkişafı düşmənə layiqli cavabdır
29.02.2024 [15:32]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Fevralın 26-da doğma evlərindən didərgin düşən xocalılılar 32 ildən sonra öz yurdlarında Ali Baş Komandan, Qalib Lider cənab İlham Əliyevlə birlikdə günahsız Xocalı qurbanlarının xatirəsini andılıar.
Xocalı soyqırımı günündə ölkə Prezidentimiz Xocalıdan dünyaya bəyan etdi: Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq.
Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, şanlı ordumuzun hünəri sayəsində Xocalı cəlladları məhv edildi, Xocalının qisası alındı. Bu qüruru, xoşbəxtliyi bizə Müzəffər, Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu, Vətən uğrunda sinəsini düşmənə sipər edən şəhidlərimiz yaşatdı. Artıq qürurla hər yerdə deyirik ki, Azərbaycan xalqı qalib xalqdır və öz qisasını düşməndən layiqincə aldı.
“Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı,- deyə vurğulayan Qalib Lider cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasəti sayəsində xalqımıza qarşı soyqırımı törədən, əli xalqımızın qanına batmış daşnaklar, erməni qatilləri layiqli cəzalarını aldılar. Gec də olsa, haqq-ədalət öz yerini tapdı.
Qalib Liderimiz Xocalı soyqırımı günündə bildirib ki, Xocalıya gəldikdə isə biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Üstəgəl Xocalının tarixi adını dəyişdirməyə çalışırdı və azərbaycanlıların evlərinə separatçıları, düşmənləri yerləşdirmişdi, o cümlədən xarici ölkələrdən. Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.
Müqəddəs torpaqlarımıza göz tikən erməni millətçilərinin xəbis niyyətləri birdəfəlik puç oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz xalqımıza qələbə sevinci yaşatdı, el-obasından didərgin düşən yüz minlərlə soydaşımızın 32 illik yurd-yuva həsrətinə son qoyuldu.
Artıq Qalib Azərbaycan işğaldan azad etdiyi torpaqlarında nəhəng tikinti-quruculuq işləri aparır, doğma ev-eşik nisgili ilə yaşayan həmvətənlilərimizi yurdlarına qovuşdurur. İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük təmir və bərpa işləri aparılır. Xocalılar böyük sevinclə 1992-ci ilin fevralında qan içində qoyub gəldikləri Xocalıya qayırlar. 32 il əvvəl qanla boyanmış torpaq gülə-gülüstana çevrilir.Qalib ölkənin inkişafı, tərəqqisi xalqımıza qarşı cinayət əməlləri törədən erməni faşistlərinə, uşaq qatillərinə, separatçılara layiqli cavabdır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

