AŞPA-nın qərarı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır
29.01.2024 [13:32]
Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu mühüm məqam xüsusi qeyd edilir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Həmçinin o da qeyd edilir ki, atılan addımlar hansısa təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.
Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutdu. Ölkəmizdə insan hüquqlarının qorunması, müstəqil mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Ümummilli Lider bu çağırışı etmişdir ki, biz demokratiya yolu ilə gedirik və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Bu mühüm hadisə ölkəmizin demokratiya yolunda böyük maneələr yaratmağa səy göstərən xarici dairələrin bütün cəhdlərini, planlarını alt-üst etdi.
Azərbaycanın quruma üzv qəbul olunmasından ötən 23 ildə keçilən yolun təhlili göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir.
Tarixi Zəfərimizdən ötən dövrdə qurumun bu və ya digər güclərin əlində təzyiq aləti kimi istifadəsi daha açıq müstəviyə keçib. Belə ki, bu günlərdə Avropa Şurası növbəti riyakarlığını nümayiş etdirdi. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması qurumun fəaliyyətində hansı prinsiplərə önəm verdiyini açıqladı. Guya demokratik prinsiplərin inkişafı ilə məşğul olan qurum özü hər bir addımında bu dəyərlərdən xəbərsiz olduğunu göstərir. Fransa, Almaniya kimi dövlətlərin əlində oyuncağa çevrilən Avropa Şurası hazırda nəinki dünya səviyyəsində, Avropada nüfuzunu itirib. Azərbaycanın belə bir quruma heç bir ehtiyacı yoxdur. Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər.
AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. Ötən bu illər ərzində AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiAzərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsi Qərbin 5-ci kolonunu müdafiə edir və sifarişli qərarlar çıxarır. AŞPA-nın son qərarı bir daha sübut edir ki, qurum Azərbaycanın tarixi Zəfərini, Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.
Azərbaycan müstəqil dövlətdir. Atdığı hər bir addımında dövlət maraqları, xalqın iradəsi öndə dayanır. Məhz bugünkü uğurlarımızda müstəqil siyasətimizin rolu inkaredilməzdir. Heç bir qüvvə Azərbaycanla diktat dilində danışa bilməz. Dövlətimizin siyasətində ədalət və beynəlxalq hüquq prinsiplərinin öndə olması əməkdaşlıq əlaqələrinin inkişafında da öz sözünü deyir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın sözü imzası qədər dəyərlidir. Azərbaycan etibarlı və arzuolunan tərəfdaşdır. Ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb.
Bu gün AŞPA-nın heç bir məntiqə sığmayan qərarı Zəfərimizdən keçirdiyi narahatlıq hissindən irəli gəlir. Azərbaycan 30 il dünyadan ədalət gözləsə də ədalət və beynəlxalq hüquq prinsipləri maraqların arxasında əridi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, eməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapsa da, dünya gücləri Ermənistanın bu qətnamələrə məhəl qoymamasını görməzdən gələrək münaqişənin həlli prosesinin 30 il uzanmasına səbəb oldular. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində bu qətnamələri təkbaşına icra etdi. Təbii ki, bu gün bəzi beynəlxalq təşkilatların, dövlətlərin ölkəmizə qarşı qarayaxma kampaniyalarını aparmasına səbəb onların 30 ildə edə bilmədiklərini Azərbaycanın təkbaşına etməsidir.
Tarixi Zəfərimizdən üç il sonra isə rəşadətli Ordumuzun həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Bütün bunlar Ümummilli Liderin düzgün müəyyənləşdirdiyi siyasətin və son 20 ildə bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan bundan sonra da inkişaf yolunda inamla irəliləyəcək. Təbii ki, uğurlarımızdan dostlar sevinəcək, onları həzm edə bilməyən AŞPA kimi ikili standartlar siyasətini normaya çevirən qurumlar qarayaxma kampaniyalarını davam etdirəcəklər. Azərbaycan bu kimi cəhdlərin qarşısını daim qətiyyətlə alıb və bundan sonra da alacaq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47

