Azərbaycan-İraq əlaqələri inkişaf edir
24.11.2023 [10:23]
Dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində hər zaman əhəmiyyətli rol oynayıb. Azərbaycanın Beynəlxalq arenada qazandığı uğurlar məhz Prezident İlham Əliyevin xarici siyasət xəttinin məntiqi nəticəsidir. Respublikamızın Cənubi Qafqazdakı mövqeyini, iqtisadi potensialını yüksək qiymətləndirən ölkələr Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Bu baxımdan cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi səfəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəal xarici siyasətini şərtləndirən ən əsas amilllərdən olmaqla, həm də ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasının göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bir çox məsələlərə toxunmuşdur. İraqlı həmkarı Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk rəsmi səfərini tarixi hadisə adlandıran Prezident İlham Əliyev bu görüşü hər iki ölkənin siyasi, iqtisadi, ticari əməkdaşlığına böyük töhfələr verəcəyini bildirmişdir.
Dövlətimizin başçısı bildirmişdir ki, biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik: "İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik".
Ölkə başçısı görüş zamanı İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qonşu Ermənistan respublikasına da səfərə gedəcəyini nəzərə alaraq Ermənistan – Azərbaycan münasibətlərinin hazırki vəziyyəti, ümumiyyətlə, 1990-cı ildən bəri baş verənlər barəsində məlumat verdi. Dövlətimizin başçısı qeyd edib ki, 1990-cı illərin əvvəllərindən Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi və etnik təmizləmə siyasəti həyata keçirildi. Nəticədə bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması dünya ictimaiyyətinə də bəllidir. Müxtəlif beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinə baxmayaraq, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən ordusunu çıxarmadı.
Azərbaycan Prezidenti İraq Prezidenti ilə görüşdə bir sıra vacib məqamlara toxunaraq bildirdi ki, BMT-nin və ATƏT-in Minsk qrupunun Azərbaycanın ərazilərini qeyd şərtsiz azad edilməsi barədə verdikləri bəyanatlara Ermənistan tərəfi məhəl qoymurdu. Azərbaycan bir çox danışıqlar apardı. Son ana qədər sülh yolu ilə torpaqlarımızın boşaldılmasını istədi. Ermənistan isə onu dəstəkləyən, silahlandıran ölkələrə arxayın olaraq öz təcavüzkarlığından əl çəkmədi.
Azərbaycan nəhayət öz gücü ilə öz torpaqlarını cəmi 44 gün ərzində işğaldan azad etdi. Ermənistan kapitulyasiya aktına imza atdı. Lakin yenə heç bir qayda-qanuna əməl etməyərək, terror törətməyə davam etdi. Bu müddət ərzində də Qərb dairələri qərəzli şəkildə Azərbaycana təzyiq göstərməyə, nədəsə ittiham etməyə çalışırdılar. Azərbaycan buna 3 il dözdu. Sülh yolu ilə, danışıq yolu ilə, heç bir qan tökülmədən tarixi torpaqlarımızın geri qaytarılacağını gözlədi. Nəhayət Azərbaycan beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazisində antiterror əməliyyatı apardı. Bu əməliyyat cəmi 23 saat davam etdi və mülki əhali arasında heç bir itki olmadı. Ərazilərimiz tamamilə terrorçulardan təmizləndi.
Bütün bunlara baxmayaraq Ermənistan bu gün də Fransa kimi bir ölkəyə arxayın olub yenidən müharibə etməyə hazırlaşır. Lakin Ermənistan bilməlidir ki, heç kim Azərbaycan xalqının özünə, Azərbaycanın Silahlı Qüvvələrinə, Müzəffər Ali Baş Komandanına olan inamını qıra və təzyiq göstərə bilməz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə. Hər iki ölkənin bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”.
Əminliklə deyə bilərik ki, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk rəsmi səfəri ölkələrimiz arasında əlaqələrinin daha da inkişaf etdirilməsinə və gələcək əməkdaşlıqımızın genişlənməsinə böyük imkanlar yaratmış oldu.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

