Qazaxda qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edildi
27.10.2023 [19:14]
27 oktyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “ Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının əbədiliyinin, sarsılmazlığının dünyaya bir təqdimatıdır” mövzusunda tədbir keçirildi.
Tədbir YAP Qazax rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başlandı.
Dövlət Himninin səsləndirililməsindən sonra Ümummilli Lider Heydər Əliyevin, Dahi şəxsiyyət Mustafa Kamal Atatürkün və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış edərək bildirdi ki, həm Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, həm Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi bütün türk dünyası üçün çox əlamətdardır. Türkiyə - Azərbaycan qardaşlığı, dostluğu dünyaya bir nümunədir. Danılmaz həqiqətdir ki, bu gün dost, qardaş ölkələrimiz arasında münasibətlərin bu cürə yüksək səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri vardır. 44 günlük Vətən müharibəsində, eyni zamanda 19-20 sentyabr antiterror əməliyyatlarında bir daha bunun əyani şahidi olduq. Azərbaycan - Türkiyə əlaqələri günbəgün daha da möhkəmlənməkdədir.
15 iyun 2021-ci il tarixdə Qarabağımızın tacı olan Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur.
Göründüyü kimi, Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri tarixi köklərə söykənir. Hər iki ölkə arasında qurulan bu sarsılmaz bağların ən böyük təminatçısı iki dövlət daxilində yaşayan bir millətin nümayəndələridir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "Bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir.
Qəti əminik ki, dünyanı heyrətə salan Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı, Möhtərəm Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə fəaliyyətləri nəticəsindədə tezliklə qarşıya qoyulan məqsədlərə çatılacaqdır. Bu məqsədlər sırasında ilk növbədə bölgədə daimi sülhə nail olmaq, xalqların birgə və rahat yaşamasını təmin etmək, Zəngəzur dəhlizini açmaq, Türk dünyasını daha sıx tellərlə birləşdirmək, Qarabağda aparılan bərpa - yenidənqurma işlərini tamamlamaq, regionun inkişafına, bütövlükdə dünyaya töhfə vermək kimi vacib və önəmli məsələlər durur.
Tədbirdə Qazax şəhər 1 saylı uşaq bağçası ərazi partiya təşkilatının sədri Aynurə Abbasova, BDU Qazax filialının tələbəsi Ləman İsmayılova, 2 saylı Ərazi Ekologiya idarəsi ərazi partiya təşkilatının sədr müavini Afət Eyyubova çıxış etdilər, neftçi - şair, partiya veteranı Zaməddin Ziyadoğlu Azərbaycan - Türkiyə dostluğuna həsr etdiyi şeirlərini söylədi. Qazax şəhər 3 saylı tam orta məktəbin şagirdləri Azərbaycan - Türkiyə dostluğuna, qardaşlığına aid şeirlər səsləndirdilər, mahnı ifa etdilər.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

