Ölkəmizin ədalətli mövqeyi informasiya meydanında qətiyyətlə təsdiq edilir
04.08.2023 [16:35]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ölkə başçısı cənab İlham Əliyevin dünyanın nüfuzlu televiziya kanallarına, eləcə də qəzet və informasiya agentliklərinə müsahibələrində Azərbaycanın diplomatik cəbhədə və informasiya müharibəsində düşmən üzərində böyük üstünlük qazanması daim önə çəkilir. Prezident cənab İlham Əliyev müsahibələrində münaqişənin tarixi, indiki vəziyyəti və Azərbaycanın ədalətli mövqeyi barədə müfəssəl açıqlamalar səsləndirməklə, ölkəmizə qarşı köklənmiş qüvvələrə layiqli cavablar verir və xalqımızın haqlı mübarizəsində erməni havadarlarına tutarlı mesajlar göndərir. Ölkə Prezidentinin müsahibələri eyni zamanda Azərbaycan həqiqətlərinin, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbədir.
Avqustun 2-də “Euronews” telekanalına verdiyi müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühüm siyasi proseslərlə bağlı mövqeyini bir daha bəyan etdi, Azərbaycan-Ermənistan münasibətlərinin son vəziyyəti, regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslər ilə bağlı sualları cavablandırdı.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdıran Prezident cənab İlham Əliyev qeyd etdiyi kimi: Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq.
Azərbaycanın tarixinə uğurla həkk olunan 44 günlük Vətən müharibəsinin bitməsindən ötən dövr ərzində ölkəmiz Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün səylər göstərdiyi halda, Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir, rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəmir.
“Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə - siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq”. Ölkə Prezidenti cənab İlham Əliyevin Qalib Azərbaycanın hərb meydanında da, informasiya məkanında da qazandığı qələbələri dünya ictimaiyyətinin bir daha diqqətinə çatdıraraq, Azərbaycan haqq yolunun əbədi olduğunu qeyd edib.
Müsahibədə real prosesləri, Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı beynəlxalq səviyyədə yaranmış vəziyyəti diqqətə çatdıran ölkə Prezidentimiz bildirib ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdır. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri öz seçimlərini etməlidirlər. Ermənistanın sülh prosesini uzatması region üçün yaxşı heç nə vəd etmir. Ona görə də rəsmi İrəvan sülhə gəlməyin nə qədər zəruri olduğunu anlamalıdır.
Daim regionda sülh və əməkdaşlığın təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edən ölkəmiz Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını da öz üzərinə götürməyə hazırdır. Ölkə Başçısı cənab İlham Əliyevin dediyi kimi, “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.
Azərbaycan 44 günlük İkinici Qarabağ müharibəsində tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi. 30 ilə yaxın işğal dövründə Azərbaycan ən nüfuzlu beynəlxalq təşkilatların tribunasından bəyan etdi ki, ikili standartlara əsaslanan siyasətə son qoyulsun, həqiqətlərə ədalət prinsipi əsasında yanaşılsın. Nəhayət, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində dünya güclərinin 30 ilə yaxın dövrdə icra edə bilmədikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi, 30 illik işğala son qoydu.
Bu gün qalib Azərbaycan regionda sülhün təmin olunmasının tərəfdarıdır. Qalib Azərbaycanın qalib Prezidentinin dediyi kimim: biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32

