Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa Komissiyasının Prezidenti Qrenlandiyaya səfər edib

Avropa Komissiyasının Prezidenti Qrenlandiyaya səfər edib

06.09.2026 [21:54]

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Qrenlandiyaya ikigünlük səfərə gedib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Avropa İttifaqı ilə Qrenlandiya arasında əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıq haqqında birgə bəyanatın imzalanması nəzərdə tutulur. Həmçinin yüz milyonlarla avro həcmində investisiya öhdəliklərinin açıqlanacağı gözlənilir.

U.Lyayeni Nuuk hava limanında Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen və Danimarkanın Baş naziri Mette Frederiksen qarşılayıblar.

Aİ Komissiyasının Prezidenti səfərlə bağlı “X” hesabındakı paylaşımında bildirib: “Biz bir ailəyik. Unikal tərəfdaşlığımızı daha da gücləndirmək üçün üzərində birlikdə işlədiyimiz Tərəfdaşlıq Paketi ilə geri qayıtmışam”.

Qeyd edək ki, bu səfər ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya nəzarət iddialarını yenidən gündəmə gətirdiyi bir vaxta təsadüf edir. ABŞ administrasiyası adanın strateji və təhlükəsizlik baxımından əhəmiyyətini, eləcə də zəngin kritik xammal ehtiyatlarını xüsusi vurğulayır.

Qrenlandiya Danimarka Krallığının tərkibində olsa da, geniş muxtariyyətə malikdir və Avropa İttifaqına daxil deyil.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30