Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Cənubi Sudanda hərbi bazaya hücum nəticəsində 20 nəfər ölüb

Cənubi Sudanda hərbi bazaya hücum nəticəsində 20 nəfər ölüb

05.09.2026 [23:18]

Cənubi Sudanın Varap ştatında hərbi bazaya silahlı hücum nəticəsində 20 nəfər həlak olub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ölənlərin 16-sı hərbçi və polis əməkdaşı, 4-ü isə mülki şəxsdir. Hücum edənlərdən 6 nəfərin də öldürüldüyü bildirilir.

Varap ştatında yerli qruplar arasında tez-tez qarşıdurmalar baş verir. Toqquşmalar əsasən qisas zəminində və otlaq sahələri uğrunda olur. Avqust ayında da bölgədə oxşar hadisələr baş verib. Lakin son hücumun səbəbi məlum deyil.

Bundan başqa, cümə günü Varap ştatında “misli görünməmiş” quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib.

Regional informasiya naziri bildirib ki, yağıntıların azalması əkin sahələrinə, mal-qaraya və otlaqlara ciddi ziyan vurub. Şərqi Afrikanın bəzi ərazilərində “El-Ninyo” iqlim hadisəsi səbəbindən qarşıdakı həftələrdə təbii fəlakət riskinin artacağı bildirilir.

Qeyd olunmalıdır ki, Cənubi Sudan beynəlxalq yardımların azalması fonunda ciddi humanitar problemlərlə üzləşir.

Paylaş:
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30