Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

06.09.2026 [09:42]

Bundesliqanın 2-ci turunun mərkəzi qarşılaşmasında “Bavariya” səfərdə “Şalke 04” ilə üz-üzə gəlib.

AZƏRTAC xəbər verir ki, qarşılaşmada hesab açılmayıb və görüş qolsuz heç-heçə ilə başa çatıb.

Münxenlilərin əsas rəqibi Dortmundun “Borussiya” klubu səfərdə “Hoffenhaym” üzərində qələbə qazanıb – 3:2. Ötən tur xal itirən “Bayer Leverkuzen” bu dəfə paytaxt təmsilçisi – “Union Berlin”i darmadağı edib - 4:0.

“Elversverq” səfərdə Mönxenqladbaxın “Borussiya” komandasına qalib gəlib – 4:3. “Verder Bremen” öz meydanında “Leypsiq” komandasını (3:1), “Frayburq” isə səfərdə “Paderborn”u (1:0) məğlubiyyətə uğradıb.

Qeyd edək ki, turun ötən gün oynanılan açılış matçında “Ştutqart” doğma divarlar arasında “Köln”ə böyük hesabla qalib gəlib – 4:1.

Tura bazar günü keçiriləcək “Hamburger” – “Mayns” və “Ayntraxt” – “Auqsburq” görüşləri ilə yekun vurulacaq.

İki turdan sonra Bundesiqada “Frayburq”, “Borussiya Dortmund” və “Elversberq” 6 xalla müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. “Bavariya” 4 xalla dördüncü sırada yer alıb.

Paylaş:
Baxılıb: 391 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31