/ / Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan övladlarının xüsusi rolu olmuşdur
Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan övladlarının xüsusi rolu olmuşdur
10.05.2023 [12:05]
Bu bir reallıqdır ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın, Azərbaycan övladlarının olduqca mühüm rolu olmuşdur. Məlum olduğu kimi, bu Qələbədə böyük payı olan mərd , qəhrəman Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salmışdır. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin bir neçə milli diviziya formalaşdırılmışdır.
Müharibə illərində göstərdikləri igidliyə görə 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir.
1941 – 1945- ci illər Böyük Vətən müharibəsində Azərbaycan övladları böyük rəşadət göstərərək adlarını müharibənin tarixinə qızıl hərflərlə yazıblar. Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Hüseynbala Əliyev, Züleyxa Seyidməmmədova, Ziya Bünyadov kimi qəhrəman övladlarımızın Böyük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq, şücaət heç zaman yaddaşlardan silinməyəcək.
Böyük Vətən müharibəsində Azərbaycan xalqı ön cəbhədə olduğu kimi, arxa cəbhədə də misilsiz fədakarlıqlar göstərmişlər. Müharibəsinin ən böyük qəhrəmanlarından biri də Bakı neftçiləri olublar. Azərbaycan neftçiləri şücaət göstərərək cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.
1941-1945 – ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu olduğunu hər zaman vurğulamış ümummilli liderimiz Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirmişdir. Ulu öndər Heydər Əliyev müharibə iştirakçılarına xüsusi diqqət göstərmiş ,onların bütün problem və qayğıları ilə maraqlanmışdır .
Hər il ölkəmizdə 1941 – 1945- ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qazanılan qələbə dövlət səviyyəsində qeyd edilir.
Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu mükəmməl siyasəti zamanın tələblərinə uyğun olaraq davam etdirən Prezident cənab İlham Əliyev də hər zaman müharibə veteranlarına və onların ailə üzvlərinin qayğı göstərir, onların bütün problemlərini diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı mütamadi olaraq müharibə veteranları ilə görüşür, Böyük Vətən müharibəsi iştirakçıları, onların ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeni sərəncamlar imzalayır, qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla anır.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar ölkə rəhbərimizin qəhrəmanlarımıza nə qədər dəyər verdiyinin bir daha sübut edir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

