Faşizm üzərində qələbədə Azərbaycanın rolu əvəzsizdir
05.05.2023 [12:01]
“1945-ci il mayın 9-u faşizm üzərində qələbə ilə başa çatmış və dünya tarixinə Qələbə Günü kimi daxil olmuşdur. Qələbə Günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. Azərbaycan xalqı İkinci dünya müharibəsində həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Belə ki, 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdır. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə müharibədə Azərbaycan neftçilərinin əməyi də əvəzsiz olmuşdur. Bir çox tarixi mənbələrdən əldə olunan açıqlamalar onu deməyə əsas verir ki, Azərbaycandan olan hərbçilərin və neftçilərin, ümumilikdə Azərbaycan xalqıın qəhrəmanlığı və qorxmazlığı faşizm üzərində qələbədə mühüm rol oynamışdır. Bütün dünya Azərbaycan xalqının cəsarətinin və qəhrəmanlığının şahidi olmuşdur. Hətta Sovet İttifaqı Marşalı Georgi Jukov da bunu etiraf edərək qeyd etmişdir ki, Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi. O, tarixi faktlardır və eyni zamanda neftçilərimizin əməyinə və zəhmətinə verilmiş yüksək qiymətdir.
1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoydu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması vətəndaşlarda vətənpərvərlik hisslərinin daha da artmasında əsaslı rol oynayırdı. Ümummilli lider Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Bu gün də bu siyasət dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir.
Rayon təşkilatının sədrinin fikrincə, Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və ulu öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür. Prezident İlham Əliyevin 1941-1945-ci illər müharibəsi haqqında söylədiyi fikirlər bunları deməyə əsas verir. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk.
1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrilmişdir. Azərbaycan xalqının İkinci Dünya müharibəsində böyük şücaətlərə imza atdığına diqqət çəkən sədr 44 günlük Vətən müharibəsində qazanılan qələbəni xalqımızın həyatında ən mühüm qələbə kimi səciyyələndirib: “Gənclərimiz bu müharibədəki igidlikləri ilə Vətəni, torpağı necə qorumaq lazım gəldiyini göstərdilər. Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində düşmən üzərindəki qələbəsi bunun ən gözəl örnəyidir. Bu gün Azərbaycan dünyada öz qətiyyəti və qüdrəti ilə seçilən bir dövlətdir. Xalqımız qalib xalq kimi adını dünya tarixinə əbədi həkk etdirdi”.
Xəbər lenti
Hamısına baxİdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04

