/ / Cənubi Qafqazda təhlükəsizlik qurmağı arzu etdiklərini bildirənlər sülhə mane olmasalar bu proses daha tez başa çatar
Cənubi Qafqazda təhlükəsizlik qurmağı arzu etdiklərini bildirənlər sülhə mane olmasalar bu proses daha tez başa çatar
21.02.2023 [13:10]
Fevralın 18-də Münhendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda bu daha aydın göründü. Kimin sülh tərəfdarı, kin də mələk cildində müharibə ocağını körükləyən olduğu bir daha təsdiqlənmiş oldu.
44 günlük Vətən müharibəsində Ermənistanı ağır məğlubiyyətə uğradıb öz suveren hüququnu və ərazi bütövlyünü bərpa edən Azərbaycan geç-tez haqqın öz yerini tutacağını bir daha təsdiqləmiş oldu. 28 il ərzində bəyanatlar verməklə işini bitmiş hesab edən beynəlxalq təşkilatlar bu gün də ondan uzağa gedə bilmir. Ermənistan isıə kapitulyasiya sözündən diksinir, Paşinyan bu sözü təhqir kimi qəbul edir. Amma onun necə qəbul etməsindən asılı olmayaraq reallıq budur. Bu gün Rusiya-Ukrayna müharibəsinin səbəblərindən danışan Avropa sualı Cənubi Qafqaz liderlərinə verməklə əslində Ermənistanın mövqeyini irəli çıxarmaq istəyirdilər və bu iclasın gedişindən və moderatorun Paşinyana diqqətindən aydın hiss olunurdu. Paşinyan da fürsətdən istifadə edərək cuşə gəlmişdi. Elə danışırdı ki, sanki ermənilər sülh mələkləri imiş. Bu anda cənab ilham Əliyevin dərin məntiqi onu yenidən peşiman elədi. Cənab Prezident: “Bizim təcrübəmizə əsasən sizə deyə bilərəm ki, bəzən sülh danışıqları çox uzun sürür. Biz 28 il ərzində sülh danışıqları apardıq. Siz bunu təsəvvür edə bilirsiniz? 1992-ci ildən 2020-ci ilədək. Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi”-deyərək onu və havadarlarını susmağa məcbur elədi.
Cənab İlham Əliyev müharibənin ağır nəticələrini önə çəkərək Azərbaycanın bundan sonra sülh və stabillik yolunda addımladığını, quruculuq işləri ilə yanaşı Avropanın enerji təhlükəsizliyi və Asiyadan yüklərin maneəsiz daşınması sahəsində yeni imkanların olduğunu qeyd etdi. Bununla da əslində cənab Prezident problemi yaradanların özlərinə yürütdükləri siyasətə nəzər salmalarını tövsiyə etmiş oldu. Çünki sanksiyalardan, Rusiyaya qarşı müharibənin təsirindən danışanlar 30 il susmuşdular. Bu illər ərzində heç kimin yadına düşmürdü ki, ermənistan azərbaycanın Livan boyda ərazisini işğal edib. BMT-nin 4 qətnaməsi kağız üzərində qalıb. Cənab Prezident bu məsələyə toxunaraq qeyd etdi ki: “Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib. Biz onları qovandan sonra indi onlar ədalət üçün yalvarırlar. Onlar - ərazimizi 30 il ərzində işğal altında saxlayanlar bizi işğalda günahlandırırlar.” Yəni əslində bu fikrin mənası odur ki, sizlər onda niyə susurdunuz? Niyə münaqişəni dondurub gələcək nəsillərə problem saxlayırdınız?
Cənab Prezidentin çıxışında bir məqam daha maraqlıdır. Müharibənin sona çatmasından sonra Ermənistanda keçirilən seçkilərdə Paşinyanın qələbə çalmasını sülh üçün şans verdiyini qeyd edən ölkə başçısının “Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi. Ona görə də biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, biz gələcəyə və bu günə baxsaq, sessiyadan əvvəl müzakirə etdiyimiz kimi, bu gün tarixi gündür” fikri çox maharətli diplomatik gediş kimi dəyərləndirilməlidir. Bu fikirlə cənab Prezident Paşinyana və Qərbə mesaj verdi ki, verilmiş şans dəyərləndirilməsə Ermənistan olub qalanını da itirəcəkdir. Məhz, Paşinyanın da etiraf etdiyi reallıq bunu tələb edir.
“Dağlıq Qarabağ” termininin Minsk qrupu kimi tarixə qovuşduğunu, Azərbaycanda belə bir inzibati vahidin olmadığını diqqətə çatdıran ölkə başçısı Azərbaycan Konstitusiyasına hörmət etməli olan hər kəsə ilk növbədə borcunu xatırlatdı.
Həmçinin erməni əsilli vətəndaşlara münasibət də birmənalı və aydın şəkildə diqqətə çatdırıldı: “ Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin.”
İndi Avropa bu arqumentin qarşısında hansı addımları atacaq? Çirkli pullar yuyub kriminal əməllərlə məşğul olan Vardanyan ona çox lazımdır, yoxsa Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan? Fikirləşməyə dəyər. Avropa da, ermənilər də fikirləşsə pis olmaz. Nəhayət, Cənubi Qafqazda təhlükəsizlik qurmağı arzu etdiklərini bildirənlər sülhə mane olmasalar bu proses daha tez başa çatar
Rüstəm Nağıyev,
YAP Gədəbəy Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

