Fransa açıq şəkildə terorizmi dəstəkləyir
02.12.2022 [16:11]
28 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfrans bir çox vacib anlarla yadda qalan oldu.
Konfransa bir çox fərqli aspektdən yanaşmaq mümkündür amma indi xüsusilə üstündə durmaq istədiyimiz məsələ Azərbaycan-Ermənistan münasibətləri fonunda sülh müqaviləsinin imzalanması ilə bağlı qarşıda duran əngəllər və bilavasitə Ermənistanın qeyri-konstrüktiv mövqeyi ilə bağlıdır. Məlumdur ki, post-münaqişə dövründə fərqli müstəvilərdə Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşləri keçirilmiş və görüşlərin yekunlarında Bəyanatlar qəbul olunmuşdur. Bu Bəyanatların hər biri ölkəmizin maraqlarına uyğun, beynəlxalq hüquq və ədalətə cavab verən müddəaları özündə ehtiva edən yekun sənədlər idi. Bəyanatların heç birində artıq ölü qurum olan ATƏT-in Minsk qrupuna və ya tərəfimizdən qəbuledilməzliyi açıq şəkildə bildirilən status məsələlərinə istinad yox idi. Digər bir tərəfdən Azərbaycan və Ermənistan liderlərinin Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən 06 oktyabr tarixli sonuncu görüşündə tərəflər sülh yolunda vacib addım hesab olunan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etmişdilər. Yəni, bununla hesab etmək olar ki, Ermənistan Azərbaycanın beynəlxalq hüquqla tanınmış, ayrılmaz parçası olan Qarabağ bölgəsinə olan çirkin iddialarından əl çəkmiş olur. Ancaq ötən müddət göstərdi ki, bu heç də belə deyil. Nə Fransa ənənəvi erməni təəssübkeşliyindən, nə də Ermənistan hər kəsə yaxşı məlum olan mənfur xislətindən əl çəkməyib. Ermənistanın bu mövqeyi hələ işğal dövründən bizə yaxşı məlum idi. Bəli, biz ümid edə bilərdik ki, bəlkə 44 günlük müharibə və ya “Fərrux”, “Qisas” əməliyyatları onlara dərs olub və onlar nəhayət şəxsi ambisiyaları və ya hansısa havadarlarının sifarişlərini yerinə yetirmək yerinə nəhayət öz xalqının və bölgənin gələcəyini düşünərək düzgün addımlar atmağı bacaracaqlar. Ancaq göründüyü kimi Ermənistanın dəyişməyə niyyəti yoxdur. Belə olan halda sülh müqaviləsinə şübhə yaranır ki, bundan kimin zərərli çıxacağını təxmin etmək çətin deyil.
Fransa isə müharibə və post-müharibə dövründəki mövqeyi ilə etibarlı vasitəçi profilindən artıq çoxdan uzaqlaşıb. Sözügedən ölkənin hazırkı Prezidenti Emmanuel Makrona qədər olan dövrdə də erməni lobbisinin Fransadakı güclü mövcudluğu hər kəsə məlum idi. Ancaq heç bir dövlət rəhbəri E.Makron qədər vasitəçilik xəttindən uzaq, belə demək mümkündürsə tərəfkeş bir mövqe sərgiləməmişdi. Yuxarıda qeyd edilən 6 oktyabr görüşündən çox qısa bir müddət sonra Fransa Prezidentinin yerli kütləvi informasiya vasitələrindən birinə verdiyi müsahibədə ölkəmizlə bağlı səsləndirdiyi sərsəm və böhtan xarakterli fikirlər onun vasitəçilik iddialarına tamamilə son qoydu. Onu da unutmaq olmaz ki, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etmişdilər. Baxmayaraq ki, hətta Ermənistan özü bu uydurma qurumu tanımayıb. Bununla yanaşı, qısa müddət öncə Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə qəbul edildi ki, bütün bunlar vasitəçilik missiyası daşıyan ya da bu iddiada olan dövlətə xas addımlar deyil. Azərbaycan Prezidenti bu fikirlərə olduqca qəti və sərt şəkildə cavab verərək Fransanın artıq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməyəcəyini bildirdi. Üstəlik, Azərbaycan Prezidenti bu fikiri daxili auditoriyada deyil, Ermənistan baş nazirinin də iştirak etdiyi Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında səsləndirmişdi. Buna baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan noyabr ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan liderlərinin görüşündə Fransa Prezidentinin iştirakını şərt olaraq səsləndirib. Maraqlıdır, buna səbəb nədir. Axı Fransanın iki ölkənin münasibətlərinin normallaşmasında hansı müsbət fəaliyyəti ola bilər? İndiyə qədər atdığı heç bir addımla sülhə xidmət etməyən Fransa Prezidentindən bundan sonra nəsə gözləməyə dəyərmi? Sualın cavabı olduqca bəsitdir: Yox... Axı Ermənistanın da məqsədi bu deyil. Onlar sülh prosesini ləngitmək üçün yollar axtarırılar. Məqsədi sülh olan dövlət, hələ də Qarabağın statusu kimi cəfəngiyyatları səsləndirməz, hər bir bölgə dövlətinə xeyir gətirəcək Zəngəzur dəhlizinə mane olmağa çalışmaz, Azərbaycanın açıq bir platformada Fransa ilə bağlı fikrini səsləndirməsinə baxmayaraq belə bir şərt irəli sürməz. Demək ki, Ermənistan işğal dövründə apardığı köhnə siyasətini təkrarlamaq niyyətinə düşüb. Danışıqlar görüntü – imitasiya xatirinə aparılaraq vaxt qazanmaq və bu vaxtdan bəlli məqsədlər üçün istifadə etmək. Ancaq Ermənistan unutmamalıdır ki, vaxt onun xeyrinə işləmir və işləməyəcək. 44 günlük Vətən müharibəsində Ermənistanın 30 il gücləndiyi, qurduğu sədlərlə qürrələndiyi, keçilməz adlandırdığı torpaqları qəhrəman Azərbaycan əsgəri bir göz qırpımında keçdi. Beləliklə, Ermənistanın vaxt qazanmaq taktikası birbaşa özünün-özünə vurduğu zərbədən başqa bir şey deyil.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46

