/ / Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsi kimi çağdaş tariximizə yazıldı
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsi kimi çağdaş tariximizə yazıldı
05.10.2022 [15:57]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Oktyabrın 4-ü Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü tariximizə qələbə səhifəsi kimi yazılıb. Elə gün olmurdu ki, xalqımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə müjdəsini eşitməsin. Bu qələbələrimizin davamlı olacağı, bütün torpaqlarımızın azad ediləcəyi heç kəsdə şübhə doğurmurdu. Azərbaycan dövlətinin qətiyyəti, Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun döyüş ruhu, Vətən sevğisi, xalqımızın torpaq həsrəti tarixi Zəfərə doğru inamla irəliləməyə bir çağırış idi. İlk gündən rəşadətli ordumuzun gücü, qudrəti qarşısında Ermənistan silahlı qüvvələri acizliklərini nümayiş etdirdilər. Ordumuzdakı bu rəşadət, şücaət, qələbə əzmi illərin nəticəsi idi. Azərbaycan Silahlı Qüvvələri hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyirdilər. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi paradda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirmişdi ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı: “Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”
Azərbaycan Ordusu ona göstərilən etimadı doğrultdu. 44 günlük İkinci Qarabağ müharibəsinin ilk günündə qələbə səhifəsinin yazılması Silahlı Qüvvələrimizin bu illər ərzində böyük potensiala malik olduğunu ortaya qoydu. Belə ki, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusu Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini düşmən işğalından azad etdi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl erməni işğalçılarından təmizləndi. Azad olunmuş ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı. Bununla Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji əhəmiyyətli Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsi kimi çağdaş tariximizə yazıldı.
Sevindirici və qürurverici haldır ki, artıq torpaqlarımızın işğaldan azad edilməsi tarixlərini qeyd edirik. Amma bununla bərabər ermənilərin təxribatlarını, 30 il torpaqlarımızı işğal altında saxlamalarını, bu ərazilərdə törətdikləri vəhşilikləri heç zaman unutmayacağıq. Bunlar çoxəsrlik tariximizin faciəli səhifələridir. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 minədək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq Sərəncamlara əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd etdiyimiz kimi, torpaqlarımızın işğaldan azad edildikləri tarixlər xalqımız üçün unudulmaz günlərə çevrilib. Cəbrayıllıların 27 illik yurd həsrətinə son qoyan 4 oktyabr tarixi bütün məqamları özündə birləşdirir. Bu tarix keçilən yolun təhlili fonunda qarşıdakı dövrün təqdimatıdır. Bu baxımdan ki, qələbəni şərtləndirən amillərlə yanaşı, bu Zəfərin yeni-yeni hədəflər üçün başlanğıc olması da inkaredilməzdir.
Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən Prezident İlham Əliyev bildirmişdir ki, bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Həmin müraciətdən ötən iki ilin reallıqları fonunda isə Müzəffər Ali Baş Komandan bildirir ki, Azərbaycan möhkəm təməl üzərində tarixi Zəfərinə qovuşdu. Bu gün Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

