Bu torpaqlarda əbədi olacağıq
05.10.2022 [11:05]
Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri
Azərbaycan xalqı hər zaman qürurlu, cəsarətli, yenilməz xalq kimi tarixdə yer alıb. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Eyni zamanda, keçmişini unutmayan, bu günü ilə qürur duyan, sabaha böyük ümidlərlə baxan xalq heç zaman yenilməz, daim irəliyə baxmaqla böyük inkişafa, tərəqqiyə dəstək olar. Bu gün Azərbaycan xalqı dünyaya bu nümunəni göstərir. Azərbaycan Ordusu yeni tarix yazmaqla ermənilər tərəfindən tarixi adlarımızı dəyişdirib saxtalaşdırmağa, xalqımızın tarixi-mədəni irsini silmək cəhdlərinə son qoydu. Yaşayış məntəqələrinin tarixi adları bərpa edildi. Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan, Xocavənd rayonunun Vəng kəndinin Çinarlı, Noraşen kəndinin Günəşli adlandırılması da bu tərkibdəndir.
“Oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını mən bu xoş müjdə ilə sevindirmişdim - Cəbrayıl şəhəri azad edilmişdir!” söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda bildirir ki, 2020-ci ilin həmin dövrünə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti oldu. Məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq.
Bu reallığı da qeyd etməliyik ki, Aprel döyüşləri nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır” bildirən cənab İlham Əliyev qeyd edir ki, bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Biz hərbçilərimizlə fəxr edirik və fəxr edəcəyik. Müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də Zəfərlə başlamışıq, Zəfərlə başa vuracağıq.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara hər bir səfəri tarixi hadisədir, Böyük Qayıdışın daha da sürətləndirilməsi istiqamətində atılan addımlarla zəngindir. Müzəffər Ali Baş Komandanın Cəbrayıl rayonuna hər səfərində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrıldı. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna 16 noyabr 2020-ci ildə gerçəkləşdirdiyi səfər zamanı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Dövlət Bayrağı ucaldıldı. Bu mühüm hadisələrin tarixi və siyasi əhəmiyyəti böyükdür. Həmçinin həmin səfər zamanı işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya, dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış oldu. 14 fevral 2021-ci ildə edilən səfər zamanı Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlərə diqqət yetirildi. Dövlət başçısının 26 aprel 2021-ci ildə reallaşdırdığı səfər Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxışla yadda qaldı. Cənab İlham Əliyev, həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdi və hərbi qulluqçular ilə görüşdü. Ötən il oktyabrın 4-də- Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin işğaldan azad edildiyi tarixdə bu rayona səfər edən Müzəffər Ali Baş Komandan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha bu torpaqların sahibi olduğumuzu bəyan etdi. Səfər zamanı “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi keçirildi. “Cəbrayıl” yarımstansiyanın, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı oldu. Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi oldu. Dövlət başçısının Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə keçilən yolun təhlili əsasında qarşıdakı dövrün aydın mənzərəsi təqdim edildi. Bir daha vurğulandı ki, bütün işğaldan azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində bərpa olunacaq, bu toroaqlarda bundan sonra əbədi olacağıq.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

