/ / Əsası Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti Prezidentimiz tərəfindən uğurla davam etdirilir
Əsası Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti Prezidentimiz tərəfindən uğurla davam etdirilir
23.06.2022 [17:08]
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. 1993-cü ildə xalqın çağırışı və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Ulu öndərimizin ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər bu gün öz tarixi təsdiqini tapmaqdadır. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı.
Ulu öndərin xalqımız qarşısındakı xidmətlərindən ən mühümü dövlətimizin etibarlı qoruyucusu, müdafiəçisi olan Azərbaycan Ordusunun qurucusu və yaradıcısı olmasıdır. Ulu öndər ordu quruculuğuna elmi prinsiplər əsasında yanaşaraq qısa vaxt ərzində bu mühüm prosesi dövlət quruculuğunun tərkib hissəsinə çevirdi. Ardıcıl həyata keçirilən tədbirlər sayəsində ordu ilə xalqın vəhdəti, orduda mərkəzləşdirilmiş komandanlıq prinsipi tam təmin edildi.
2003-cü ildən etibarən Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Azərbaycan xalqı artıq 26 İyun - Silahlı Qüvvələr Gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla tarix yazdılar. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Ümummilli Liderimizin başlatdığı və uğurla inkişaf etdirdiyi ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Bu siyasəti uğurla davam etdirən Möhtərəm Prezident cənab İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi. Silahlı Qüvvələrimizin Vətən Müharibəsindəki döyüş təcrübəsi bir çox inkişaf etmiş ölkələrin hərbi-elmi mərkəzləri tərəfindən hələ də öyrənilir və araşdırılır.
Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin çıxışlarında 44 gün davam edən Vətən Müharibəsində qazanılan Şanlı Qələbənin əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını vurğulaması Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir.
Ordu quruculuğunun sütunu sayılan elm və hərbi təhsil sahəsinin inkişafı istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır. Bu istiqamətdə atılan addımlar çərçivəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılan Milli Müdafiə Universitetini xususi qeyd etmək lazımdır.
Dövlətimiz Vətən müharibəsində Şanlı Ordumuzun qazandığı Şanlı Qələbənin əbədiləşdirilməsi və Qalib Ordunun hərbçilərinin qəhrəmanlıqlarını yüksək dəyərləndirdi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan canab İlham Əliyevin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olundular. Həmin medal və ordenlərin təsis olunması Şanlı Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.
Xalqın etimadını qazanmaqla tam mənada tarixi şəxsiyyətə çevrilən Möhtərəm Prezident İlham Əliyev cənablarının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir.
Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

