Türkün iki vuran qolu: Odlar Yurdu – Anadolu
14.06.2022 [17:55]
Vətən müharibəsində tarixi Zəfərdən sonra Qarabağımızın tacı, Qafqazın incisi, mədəniyyət paytaxtımız, qürur, qeyrət qalamız Şuşa yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməkdədir. Burada keçirilən hər bir tədbir beynəlxalq aləmdə böyük əks-səda doğurur. Dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar belə tədbirlərin keçirilməsinə sevinir, qürur hissi keçirir, fərəhlənir. Bu cürə möhtəşəm, heyrətamiz, əhəmiyyətli, yadda qalan tədbirlərlər dostlara sevinc bəxş edir, gözü götürməyənlərə, paxıllıq edənlərə, düşmənlərimizə isə göz dağı olur.
Möhtəşəm qələbədən keçən il yarımdan artıq müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə də Şuşada aparılan genişmiqyaslı yenidənqurma, bərpa – quruculuq işləri dünyanı heyrətləndirir. Qəlbi hər zaman doğma Azərbaycanımızla döyünən möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız Cənab İlham Əliyevin Şuşa şəhəri işğaldan azad edildiyi gün Bakıda Şəhidlər Xiyabanında qürurla, fəxarətlə söylədiyi: “Əziz Şuşa sən azadsan!, Əziz Şuşa biz qayıtmışıq!, Əziz Şuşa biz səni dirçəldəcəyik!” sözləri qısa müddətdə öz təsdiqini tapdı. Möhtərəm prezidentimiz ailə üzvləri ilə birlikdə “Zəfər yolu” ilə dəfələrlə Şuşaya və işğaldan azad edilmiş digər ərazilərimizə səfərlər etdi. Bu səfərlər zamanı Prezidentimizin çıxışlarını, söylədiyi fikirləri eşidən hər bir azərbaycanlı böyük qürur hissi keçirir, fərəhlənir, fəxr edir, Prezidentimizi özünün arxası, dayağı bilir.
Düşmən tapdağından azad edilmiş ərazilərimizdə, xüsusilə Şuşada yüksək səviyyədə təşkil edilmiş bu tədbirlər bir daha sübut edir ki, Şuşa Azərbaycanın zəngin türk mədəniyyətinə malik olan qədim yaşayış məskənidir, özündə milli adət və ənənələrimizi yaşadır və gələcək nəsillərə ötürür. Bir vaxtlar burada mənfur ermənilərin rəqs etmələri hər bir türkü hiddətləndirmiş, nifrətinə səbəb olmuşdu. Möhtərəm Prezidentimiz tarixi çıxışlarının birində Ermənistanın Baş Naziri Nikol Paşinyana səslənərək demişdir:
“Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla? Rəqs edirdin. Nə oldu bəs status? Cəhənnəmə getdi status. Yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm olmayacaq!” Ali baş Komandanımız verdiyi hər bir sözün sahibidir və dediyi kimi də etdi. “Dəmir Yumuruq” öz gücünü göstərdi və erməni vəhşilərini birdəfəlik olaraq doğma torpaqlarımızdan iti qovan kimi qovdu.
Çətin gündə də, xoş gündə də həmişə Azərbaycanın yanında olan qardaş Türkiyə İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycanın yanında oldu. Türkiyə respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki: “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Hər hansı dövlət bu müharibəyə müdaxilə etsə, qarşısında Türkiyəni görəcək.” Bununla da bütün dünya sözündə bir, əməlində bir olan, haqqın, ədalətin, bərabərliyin, sülhün carçısı Türkiyə - Azərbaycan qardaşlığının, birliyinin bir daha şahidi oldu.
Doğma Şuşamızda Vaqif Poeziya günlərinin, “Xarıbülbül” festivallarının, Dünya azərbaycanlılarının beşinci Qurultayının, Parlamentimizin komitə iclaslarının, Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinin və digər tədbirlərin keçirilməsi çox mətləblərdən xəbər verir. Şuşada keçirilən tədbirlərin sırasında 2021-ci ilin 15 iyununda Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması əlamətdar bir gün kimi tarixə düşdü. Bu Bəyannamənin 15 iyun - Milli Qurtuluş Gününə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır.
Tarixi əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi iki ölkə və onların xalqları arasındakı münasibətləri keyfiyyətcə yeni müstəviyə, müttəfiqlik müstəvisi səviyəsinə qaldırır və hər iki dövlətin maraq və mənafelərinə xidmət edir, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zərurililiyini ortaya qoyur. Ölkələrimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlər də Bəyannamədə öz əksini tapmışdır. Türkiyə və Azərbaycanın səmimi, mehriban, möhkəm dostluğu və qardaşlığı, həmrəyliyi, müttəfiqliyi beynəlxalq hüquq prinsipləri və normalarına tam uyğundur və bu dostluğu, qardaşlığı, müttəfiqliyi heç bir qüvvə sarsıda bilməz. Bəyannamədə eyni zamanda tərəflərin milli təhlükəsizlik məsələləri üzrə müntəzəm iclaslarının keçirilməsi, silahlı qüvvələrin müasir tələblərə uyğun olaraq formalaşdırılması, minalanmış ərazilərin təmizlənməsi istiqamətində birgə fəaliyyət göstərmələri, dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsi və bir sıra önəmli məsələlər də yer almışdır. Hər iki ölkənin milli maraqlarını və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava, kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirmək üçün əməkdaşlıq edilməsi də nəzərdə tutulmuşdur.
Tarixin ağır sınaqlarından çıxmış, əsrlər boyu möhkəmlənmiş, bərkimiş Azərbaycan – Türkiyə birliyi, qardaşlığı əbədidir və sarsılmazdır! 15 iyun 2021-ci ildə imzalanmış Azərbaycan - Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması hər iki xalqın birliyini, qardaşlığını əks etdirən tarixi bir hadisədir.
Önəmlidir Türkün rolu,
Başlayıbdır “Zəfər yolu”,
Türkün iki vuran qolu,
Odlar Yurdu – Anadolu,
O da ulu, bu da ulu,
Azərbaycan - Türkiyə!
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

