Şərəfli tarixi olanlar şərəfli tarix yazmağa qadirdir!
10.10.2020 [08:56]
Hər bir xalq, hər bir millət öz tarixini yazır. Amma necə tarix yazır? Həmin tarix nə ilə səciyyələnir? Həmin xalqların gələcək nümayəndələri əcdadlarının yazdığı tarixlə fəxr edəcəklər, yoxsa malik olduqları tarixdən xəcalət çəkərək onu yalanlarla örtməyə çalışacaqlar? Məsələn, şərəfsiz tarixə malik ermənilər öz tarixlərini, eləcə də dövlət və dövlətçiliklərini yalanlar üzərində qurublar.
Bu məqamda bildirmək yerinə düşər ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları nəticəsində uzun illərdir, işğal altında olan bir sıra ərazilərimizin düşmən tapdağından azad edilməsi fonunda Azərbaycan xalqı yeni tarix yazır - şərəfli tarix yazır. Xalqımız öz yenilməz rəhbəri və liderinin, qüdrətli və müzəffər ordusunun əli ilə yazır bu tarixi. Əzəli torpaqlarımız kənd-kənd, şəhər-şəhər öz sahiblərinə qaytarılır. Yerlərimizin keçmiş adları bərpa edilir. Əvvəlcədən möhkəm tellərlə bağlı olan xalq - rəhbər vəhdəti daha da möhkəmlənir.
Azərbaycan bu gün Prezident İlham Əliyevin inamlı rəhbərliyi altında özünü regionun ən güclü dövləti olduğunu sübut etməkdədir.
Bu gün ermənilərin nüfuzlu havadarları belə, ölkə başçımız qarşısında heç bir şərt qoya bilmir, yalnız nəyisə etməyi məsləhət formasında verə bilirlər. Əksinə olaraq, bizim rəhbərimiz şərtləri diktə edir.
Azərbaycanın regionda nüfuz sahibi olması, onun mübaliğəsiz liderliyi hər kəsə bəllidir. Aparılan uğurlu hərbi əməliyyatlardan sonra öz gücü hesabına torpaqlarını azad etməsi isə dövlətimizin qüdrətini daha da artırır. Reallıq budur ki, müasir dünyada haqlı olmaq yetərli deyil, gərək həm də güclü olasan. Güclü olmayanların nəsibi Ermənistan kimi rəzil duruma düşmək, güclü dövlətlərin boyunduruğundan asılmaqdır.
Haradandır bizdə bu güc, bu qüdrət? Haradandır bu inam? Əlbəttə ki, bütün bunlar şərəfli keçmişdən, dövlətçilik ənənələrini yaşatmağı bacarmaqdan və qüdrətli, vətənpərvər liderlərə sahib olmaqdan qaynaqlanır.
Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasını, varislik prinsiplərinə sadiqliyi və azərbaycançılıq məfkurəsini fəaliyyətinin əsas prioriteti saymış və bu yönümdə misilsiz layihələrə imza atmışdır. Bununla yanaşı, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ümummilli Lider bu istiqamətdə mükəmməl sosial-iqtisadi bazanın yaradılmasının təməlini qoydu. Öz müdrik liderinin hər bir çağırışına səs verən müdrik xalqımız İlham Əliyevi Prezident seçdi və öz seçimində də yanılmadı. Gündən-günə xalqının etimad və etibarını qazanan Prezident xalqın həm rəhbəri, həm də lideri oldu. Dünya təcrübəsi göstərir ki, hər bir lider rəhbərə çevrilə bilmədiyi kimi, hər rəhbər də lider ola bilmir. Amma Ümummilli Lider Heydər Əliyevin yolunu davam etdirən cənab İlham Əliyev Azərbaycan xalqının həm rəhbəri, həm də lideri olmağı bacardı. Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək şərəfli tariximizi yazır.
Tolerant Azərbaycan xalqı heç vaxt etnik təmizləmə siyasəti aparmayıb, heç zaman soyqırım, terror aktları törətməyib, mülki əhali ilə müharibə aparmayıb. İndi də aparmır. Səbəb çox sadədir: böyük xalqlar heç vaxt xain olmurlar, qəddarlıq etmirlər. Qorxaq və rəzillər qəddar olurlar. Belələri heç millət, xalq adını daşımağa da layiq deyillər. Erməni ünsürləri kimi. Baxın, məğlubiyyətin qaçılmaz olduğunu anlayan düşmən təmas xəttindən uzaqda olan dinc şəhərlərimizi necə raket atəşinə tutur. Günahsız uşaqlarımızı qətlə yetirir.
Hətta Mingəçevir SES-nə və su anbarına, Abşeron, Xızı rayonlarına ballistik raket atmaq cəsarətində bulunublar. Bu, artıq düşmən ordusunun Azərbaycan Ordusu qarşısında tam gücsüzlüyünün əyani göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətlərində Azərbaycanın işğal altındakı torpaqlarını sonuna qədər, hər qarışı ilə geri qaytarmaq əzmində olduğunu dəfələrlə Onun dilindən eşitmək bizdə qürur hissi doğurur, bizi daha böyük qələbələrə sövq edir. Rəhbərimiz və liderimizin dediyi kimi, biz şərəfli tarix yazırıq. Çünki dövlətin başında dayanan şəxs qətiyyətlidir, milli maraqları hər şeydən üstün tutandır. O öz müdrik xalqına, xalqı isə müdrik və yenilməz rəhbərinə inanır. Yalnız müdrik xalqlar, müdrik insanlar şərəfli tarix yazmağa qadirdir. Qarabağ Azərbaycandır!
Hicran Xəlilova
YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47

