Nərminə Yunusova: Gənclərimiz yeni-yeni qələbələrə əsas verən milli birliyimizi qorumalıdır
17.07.2020 [08:02]
“Son günlərdə cəbhə xəttində baş verən hadisələr nəticəsində canı bahasına Vətənimizi qorumaq uğrunda şəhid olmuş general, zabit və əsgərlərimizin mərdliyi, ordumuzun şücaəti bizləri qürürlandırır. Erməni vəhşiliyinin daha bir sübutu olan bu təxribatın cavabını Azərbaycan Ordusu gecikmədən vermiş oldu”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova deyib.
N.Yunusova bildirib ki, ordumuz öz qüdrətini göstərməklə düşmənin layiqli cavabını verdi. Bu, işğalçılara və içimizdə olan məkrli düşmənlərə də layiqli cavab oldu: “Biz gənclər hər zaman cənab Prezidentin uzaqgörənliklə verdiyi qərarları dəstəkləyirik. Dövlət başçısının dünyaya örnək olan siyasətinin birmənalı dəstəkçisiyik. Böyük bir ordu olan Yeni Azərbaycan Partiyasının gəncləri olaraq hər an döyüşə hazır vəziyyətdə partiyamızın Sədri, Ali Baş Komandanımızın əmrini gözləyirik. Biz gənclər liderimizin iradəsinə, əzminə inanırıq. Necə ki, cənab İlham Əliyev Azərbaycan gəncliyinin dayağıdır, eləcə də biz gənclər hər zaman rəhbərimizin yanındayıq və qəbul etdiyi bütün qərarlara dəstəyimizi ifadə edirik!”.
N.Yunusova qeyd edib ki, gənclərimiz çirkin niyyətli insanların maraqlarına xidmət etməməli, ordumuzun, xalqımızın başını uca edən şəhidlərimizin-igidlərimizin ruhunu şad edəcək qələbələrə əsas verən birliyimizi qorumalıdır: “Generalını, zabitini, əsgərini şəhid verən dövlətin, ən əsası isə, ananın, valideynin içi sızlarkən, gözü yaşlıykən etikadan, tərbiyədən, milli maraqlardan kənar hərəkətlərdən uzaq durmaq gərək. Parlament binasında dağıntılar törətməklə, asayişi qoruyan polisə müqavimət göstərməklə, arzuolunmaz hərəkətlərlə torpağı yaş şəhid ruhunu, səngərdə düşmənə dərs keçən əsgər əzmini incitmək yalnız və yalnız Azərbaycanımıza qara yaxmaq, uğurlarına kölgə salmaq istəyən, xarici maraqlara xidmət edənlərin alətinə çevrilməkdir. Belə təxribatları bu millətin övladı, bu dövlətin vətəndaşı özünə yaraşdırmamalıdır!”.
“Düşməni sevindirən hərəkətlərə yol vermək, əndazədan çıxmaq dövlətimizin yürütdüyü siyasətə, milli adət-ənənəmizə, torpağı işğaldan azad etməyə köklənən məqsədə ziddir. Sərhəddəki düşmənlə mübarizəyə qoşulmaq adıyla içimizdəki düşmənə xidmət göstərmək damarınızda axan azərbaycanlı qanına yaraşmır. Hər kəsi bir olmağa, birlik olmağa səsləyir, dövlətimizi, xalqımızı dünya dövlətləri içində ən ali zirvədə qoruyub saxlayan, gecəsini, gündüzünü xalqın rifahı naminə həsr edən Prezidentimiz İlham Əliyevin siyasətini dəstəkləməyə çağırıram!”, -deyə N.Yunusova söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

