Elvin Həsilov: Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
15.07.2020 [08:22]
“Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin Həsilov deyib.
E.Həsilov bildirib ki, ölkəmizdə aparılan dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır: “Analarımız öz övladlarını milli vətənpərvərlik ruhunda tərbiyə etməsi Azərbaycanın müstəqilliyinin əbədi olcağına təminatdır”.
Onun sözlərinə görə, bütün dünyada atəş səslərinin susduğu bir zamanda mənfur düşmənlərimiz dövlət sərhədinin Tovuz istiqamətində yenə də təxribatlar törətməkdə davam edirlər. Ancaq biz Azərbaycan ordusunun döyüş hazırlığının daim yüksək səviyyədə və əsgərlərimizin səngərlərdə daim ayıq-sayıq olduğunu bir daha gördük. “Bu gün Azərbaycan Ordusu, ordunun hər bir əsgəri, hər bir zabiti Ali Baş Komandanından, Prezdent İlham Əliyevdən güc alır”.
“Damarında azərbaycanlı qanı axan hər bir şəxs vətəni, dövlətin müstəqilliyi üçün əlindən gələni etməyə hazırdır. Birinci Qarabağ döyüşlərində cəbhəyə yollanan minlərlə gəncin olduğu könüllü batalyonlar, Aprel döyüşləri zamanı hərbi komissarlıqlara axışan minlərlə gənc, arxa cəbhədə vuruşmaq üçün daim hazır olan xanımlarımız, son təxribat zamanı müşahidə etdiyimiz milli birlik, bir daha sübüt edir ki, xalqımızda, Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir. Biz gənclər başda olmaqla hər bir azərbaycanlı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik. Mən də öz adımdan, Qax gəncləri adından deyə bilərəm ki, Ali Baş Komandan döyüş əmri verdiyi halda, torpaqlarımızın işğaldan azad olunması üçün vuruşmağa və şəhid olmağa hazırıq”, - deyə E.Həsilov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

