/ / YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə həkimlərlə gənclərin videokonfrans formatında görüşü keçirilib
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə həkimlərlə gənclərin videokonfrans formatında görüşü keçirilib
10.07.2020 [09:48]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə koronovirus pandemiyası dövründə xalqımızın sağlamlığının qorunmasında iştirak edən həkimlərlə gənclərin videokonfrans formatında görüşü keçirilib. Onlayn görüşdə YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri, 1saylı Şəhər Kliniki Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini Məhəbbət İbrahimova, 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkiminin birinci müavini Səbinə Əhmədova, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova və gənclər iştirak ediblər.
Vebinarı giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova bildirib ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı olduqca çevik mübarizə aparılır. Onun sözlərinə görə, bu mübarizədə əsas yük, əsas məsuliyyət məhz həkimlərimizin üzərinə düşmüş oldu: “Hər kəsə yaxşı məlumdur ki, koronavirusla mübarizədə həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizəsi əsl fədakarlıqdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar”.
Sonra YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri, 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini Məhəbbət İbrahimova və həmin xəstəxananın baş həkiminin birinci müavini Səbinə Əhmədova çıxış edərək deyiblər ki, bütün dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə bu gün də geniş tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində lazım olan bütün zəruri işlər görülür.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan həkimlər Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd ediblər. Bildiriblər ki, istər ölkə rəhbəri İlham Əliyevin, istərsə də respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də insanların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet istiqamət olub və bundan sonra da olacaq.
Həkimlər gənclərə virusdan qorunmaq, onun qarşısının alınması istiqamətində öz tövsiyyələrini veriblər. Sonra gənclərin sualları cavablandırılıb.
Tədbirin sonunda koronavirusla mübarizə aparan fədakar həkimlərimiz gənclər tərəfindən ayaq üstə alqışlanıblar.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

