/ / YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Azərbaycanın qlobal təşəbbüsləri” mövzusunda videokonfrans keçirilib
YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Azərbaycanın qlobal təşəbbüsləri” mövzusunda videokonfrans keçirilib
07.07.2020 [09:52]
Bu gün dünya koronavirus pandemiyası səbəbindən yaranan ağır böhrandan, iqtisadi tənəzzüldən çıxış yollarını axtarır. Dünyanın beyin mərkəzləri, aparıcı təsisatlar müxtəlif proqnozlar verir, çıxış yollarını arayırlar. Təbii ki, dünyanın ən aparıcı ölkələrində belə koronavirus infeksiyası səbəbindən yaranan böhranın nəticələrinin aradan qaldırılması üçün kifayət qədər böyük zamana ehtiyac var. Lakin zamandan səmərəli istifadə edərək qısa vaxtda müvəffəqiyyət qazanmaq da mümkündür. Tarix göstərir ki, yalnız ən uğurlu liderlər ən ağır günlərdə müdrik, qətiyyətli qərarları, təşəbbüsləri ilə qarşıya çıxan problemləri həll edir, xalqları ağır günlərdən üzüağ çıxarmağa müvəffəq olurlar.
Bu gün dünyanın ağır böhranla üz-üzə olduğu bir zamanda məntiqə, əsaslı arqumentlərə söykənən təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev bütün dünyanı əməkdaşlığa, həmrəyliyə çağıraraq əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirir, yalnız birgə atılan addımlarla bu sınaqdan üzüağ çıxmağın mümkünlüyünü vurğulayır. Bununla bağlı olaraq iyulun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “Azərbaycanın qlobal təşəbbüsləri” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ramin Məmmədov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, fövqəladə və səlahiyyətli səfir Fərid Şəfiyev və YAP Gənclər Birliyinin 80-dən çox fəal üzvü iştirak edib.
Videokonfransın moderatoru YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov çıxışında bildirib ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ölkə daxilində insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görməklə yanaşı, beynəlxalq miqyasda da uğurlu və vacib addımlar atır. Onun sözlərinə görə, dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi önəmli siyasi hadisədir. Azərbaycan regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə ilk gündən öz töhfəsini verməyə çalışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası ölkəmizi dünyada etibarlı tərəfdaş, sabit mövqeli dövlət kimi tanıdıb. Azərbaycan artıq dünyada qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur. Ona görə də Azərbaycanın hər bir təşəbbüsünə ciddi yanaşılır, etimad göstərilir. Təbii ki, burada cənab Prezidentin şəxsi nüfuzu çox mühüm amillərdən biri kimi çıxış edir.
Daha sonra videokonfransda çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda öz töhfələrini verdiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsinin buna sübut olduğunu vurğulayıb. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Vacib məqam isə Azərbaycanın 30-dan çox ölkəyə humanitar yardım göstərməsidir. O ölkələr ki, onların buna ehtiyacı var. Həmin ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvüdürlər. Bununla da BMT-nin 130-dək üzv dövlətinin Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Bu fakt bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsidir.
Videokonfransda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, fövqəladə və səlahiyyətli səfir Fərid Şəfiyev pandemiyanın bütün dünyaya sürətlə yayıldığı bir zamanda - sərhədlərin bağlandığı, beynəlxalq tədbirlərin ləğv edildiyi, yaxın təmasların olmadığı bir müddətdə müasir texnologiyaların tətbiqi ilə əməkdaşlığın davamlılığını qorumağın zəruri olduğunu videokonfrans iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında Zirvə görüşlərinin, digər görüşlərin keçirilməsi onu sübut etdi ki, yaxın təmaslar olmadan da beynəlxalq əməkdaşlığı qurmaq və onu inkişaf etdirmək mümkündür. Azərbaycan Prezidentinin bu məsələdə liderlik keyfiyyətlərini ortaya qoyması, mötəbər beynəlxalq təşkilatların Zirvə görüşlərini keçirməsi sözsüz ki, pandemiya ilə mübarizədə dövlətlərarası, təşkilatlararası əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bütün bunlar ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir. Azərbaycan Prezidentinin bu təşəbbüsləri həm də dövlətimizin başçısının Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə sadiqliyinin göstəricisidir.
Sonda Yeni Azərbaycan Partiyası rayon (şəhər) təşkilatlarının Gənclər Birliyi sədrləri və fəal gənclər İman Ağayev, Ülvi Heydərov, Elvin İmaməliyev, Əhməd Əliyev, Hülya Məmmədli, Səid Musayev mövzu ilə əlaqədər fikirlərini bildirib, onları maraqlandıran məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Xəbər lenti
Hamısına baxElm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

