YAP-ın namizədləri Nəsimi rayonunun qadın seçiciləri ilə görüşüblər
22.01.2020 [11:02]
Yeni Azərbaycan Partiyasının (YAP) 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə deputatlığa namizədi Məlahət İbrahimqızı, 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə deputatlığa namizədi Sərraf Hüseynov və 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə deputatlığa namizədi Elnur Rəhimov Nəsimi rayonunun qadın seçiciləri ilə görüşüblər.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən söhbət açıb.
Görüşdə YAP Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi sahədə qazandığı uğurlar, o cümlədən dövlət qadın siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlər, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə danışılıb.
Qeyd edilib ki, ölkəmizin milli dövlətçilik ənənələrinin yaranmasında və inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınının ictimai-siyasi həyatda layiqli mövqe tutmasını, qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin prioritet vəzifələrindən biri hesab edib.
Ölkəmizdə hazırkı mərhələdə də məqsədyönlü gender siyasətinin aparıldığını bildirən natiqlər Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti nəticəsində bu istiqamətdə böyük irəliləyiş əldə edildiyini vurğulayıblar.
Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi şəraitində keçən tədbirdə çıxış edən Nəsimi rayonunun qadın seçiciləri Azərbaycanın daha da inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

