Nərimanov rayonunda seçicilər böyük həvəslə YAP-ın namizədlərinin xeyrinə imza verirlər
06.11.2019 [09:45]
Təmraz Tağıyev: Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Nərimanov bələdiyyəsinə 19 nəfərin namizədliyi irəli sürülüb
Dekabrın 23-də bələdiyyələrə keçiriləcək seçkilərə Yeni Azərbaycan Partiyası (YAP) yüksək səviyyədə hazırlaşır.
Hazırda isə seçki kampaniyasının namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsidir. YAP-ın yerli strukturları da bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. YAP Nərimanov rayon təşkilatı da bu prosesi mütəşəkkil surətdə həyata keçirir.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev seçki kampaniyasına hazır olduqlarını bildirib: “Biz öz işimizi partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurmuşuq. Bir müddət öncə YAP Mərkəzi Seçki Qərargahının Nərimanov rayon şöbəsi yaradılıb. Qərargahın rayon şöbəsinin 21 nəfər üzvü var ki, onlar mütəmadi olaraq toplaşırlar. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onların hər biri gördüyü işlər barədə mütəmadi olaraq məlumat verir”.
O qeyd edib ki, Nərimanov rayonu üzrə 3 seçki dairəsi mövcuddur. 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə rayonumuzda 16 məntəqədə 20 min 847 seçici, 19 saylı Nərimanov birinci Seçki Dairəsində 35 məntəqədə 44 min 541 seçici, 20 saylı Nərimanov ikinci Seçki Dairəsində isə 33 məntəqədə 44 min 249 seçici qeydiyyatdadır.
T.Tağıyevin sözlərinə görə, artıq namizədlərin qeydə alınması üçün noyabrın 5-dən imza toplanılması prosesinə başlanıb: “Bu prosesi 19 partiya fəalı həyata keçirir. Onlar evlərə gedərək imza toplayırlar. Nərimanov bələdiyyəsinin 19 üzvü var və partiyamız tərəfindən hər bir yer üçün namizəd irəli sürülüb. Hər bir irəli sürülən namizədin qeydə alınması üçün minimum 150 seçici imzası tələb olunur. Biz də noyabrın 5-dən imza toplamağa başlamışıq. Çox xoşdur ki, vətəndaşlar heç bir tərəddüd etmədən, böyük həvəslə YAP-ın namizədləri üçün imza verirlər. Bu da partiyamızın xalq arasında yüksək nüfuzunun bariz göstəricisidir”.
Təşkilat sədri onu da deyib ki, imzatoplama prosesi qısa müddət ərzində başa çatacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12

