Azərbaycan Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir
11.12.2009 [09:53]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası davam edir. Həmin kampaniya çərçivəsində növbəti görüş Nərimanov rayonunun Təbriz-10 ünvanında keçirilib. YAP-ın “Akkord” Şirkətlər Qrupunda yerləşən ilk ərazi təşkilatını da əhatə edən ünvanda keçirilən tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri, partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Təmraz Tağıyev bu görüşün ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsinə təsadüf etdiyini deyib. Tədbir iştirakçıları Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışan rayon təşkilatının sədri dahi şəxsiyyətin hələ sovet hakimiyyəti illərində Azərbaycanın tərəqqisi və inkişafı naminə çalışdığını bildirib. Müasir Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu deyən Təmraz Tağıyev Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişi ilə dövlətimizin yox olmaq təhlükəsindən xilas edildiyini söyləyib. Hakim partiyanın yaranması zərurətinə toxunan rayon təşkilatının sədri deyib: “YAP gələcək fəaliyyətində Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizin möhkəmlənməsinə, inkişafa xidmət etməyi qarşısında məqsəd qoydu. Bu gün yaşadığımız dövrdən ötən tarixə qısaca nəzər saldıqda, partiyamızın bu məqsədinə çatdığını görərik”.
“YAP yarandığı vaxtdan etibarən dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün mübariz, dövlətini sevən, öndə gələn və fəal üzvlərini öz ətrafında birləşdirərək müstəqilliyimizin müdafiəsinə qalxdı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi” - deyən T.Tağıyev çıxışının sonunda seçiciləri dekabrın 23-də seçki məntəqələrinə gələrək hakim partiyanın namizədlərinə səs verməyə çağırıb.
çıxış üçün söz alan YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Əhməd Vəliyev Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü işlərdən geniş danışıb. Millət vəkilinin sözlərinə görə, ölkəmiz məhz ümummilli liderin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir: “Ulu öndər müstəqil ölkəmizin bütün strukturlarının formalaşmasında yaxından iştirak edib, o cümlədən, bələdiyyələrin formalaşdırılması, qanunvericiliyin hazırlanması prosesi də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılıb”.
Əhməd Vəliyev deyib ki, hazırda bələdiyyələr ölkənin sosial həyatında vacib rol oynayır. Zaman keçdikcə, bu təsisatın cəmiyyətdəki rolu artır: “Artıq bələdiyyələrə üçüncü seçkilər keçiriləcək. ötən 10 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Onların fəaliyyəti təkmilləşməyə doğru gedir. Bu prosesdə YAP-ın rolu xüsusi qeyd edilməlidir. YAP xalqa xidmət edən partiya kimi bütün proseslərin önündə gedir. Əminəm ki, ölkənin hər yerində olduğu kimi, Nərimanov rayonunda da, seçicilər dekabrın 23-də məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Tədbirdə çıxış edən “Akkord” Şirkətlər Qrupunun İdarə Heyətinin sədr müavini və YAP ilk ərazi partiya təşkilatının sədri Nicat Hacıyev “ötən ilin oktyabr ayında “Akkord İnşaat-Sənaye” ASC-nin rəhbərliyi, cəmiyyətdə çalışan Yeni Azərbaycan Partiyasının üzvləri və təəssübkeşlərinin iştirakı ilə geniş iclas keçirərək ASC-də Yeni Azərbaycan Partiyasının ilk təşkilatını yaratmışıq. Təbii ki, bu, təsadüfi bir təşəbbüs deyildi və Azərbaycanın inşaat-tikinti sektorunun lideri olaraq “Akkord” Şirkətlər Qrupunda müvafiq təşkilatın yaradılması tamamilə gözlənilən və məntiqi idi. çünki, hər kəsə yaxşı məlumdur ki, biz gördüyümüz işlər, yerinə yetirdiyimiz layihələrlə xalqımızın rifahı üçün çalışmaqla hörmətli Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti daim dəstəkləmiş və bunun üçün səylə fəaliyyət göstərmişik” - deyib.
Onun sözlərinə görə, təşkilatın yaradılmasından ötən 1 il müddətində “Akkord” kollektivindən YAP-ın sıralarına qoşulanların sayı daha da artaraq, 140 nəfərə çatıb. Nicat Hacıyev deyib ki, ərazi ilk partiya təşkilatı, həm də çox mühüm əhəmiyyət kəsb edən ictimai-xeyriyyə tədbirlərində aktiv şəkildə iştirak edib: “Bu sırada mən hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən “Uşaq ili” elan edilmiş 2009-cu ildə keçirilmiş məqsədyönlü tədbirləri ayrıca qeyd etmək istərdim. 2009-cu ilin may ayının 9-10-da respublikanın cəbhə və cəbhəyanı bölgələrində yaşayan uşaqlarla bağlı xeyriyyə tədbiri həyata keçirib. “Akkord”un nümayəndə heyəti müvafiq məqsədlə alınmış, ümumi dəyəri 50 min manat olan 3 min nəfərlik dəftərxana ləvazimatlarını hədiyyələrlə birlikdə Ağdam rayonunun məktəbəqədər təhsil müəssisələrinə təqdim ediblər. Bundan başqa, nümayəndə heyəti Ağstafa və Qazax rayonlarında da analoji tədbirlər həyata keçiriblər. Bundan sonra, iyun ayının 1-i - Uşaqların Beynəlxalq Müdafiəsi günündə Şirkətlər Qrupunun nümayəndələri Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 39 saylı və Zuğulba qəsəbəsində yerləşən, sümük-vərəm xəstəliyi olan uşaqların müalicəsinin həyata keçirildiyi Sanatoriyalarda olublar. Bütün bunlar təbii ki, bizim qısa müddətdə gördüyümüz genişmiqyaslı ictimai-xeyriyyə xarakterli işlərin hamısı deyil”.
Hazırda bələdiyyə seçkilərində mühüm bir mərhələ olan təbliğat-təşviqat prosesinin davam etdiyini deyən natiq bu ölkə əhəmiyyətli tədbirdə “Akkord İnkişaf-Sənaye” ASC-də çalışanların da üzərinə xüsusi məsuliyyətin düşdüyünü söyləyib: “Mən əminəm ki, həm bu gün bu tədbirdə iştirak edən şirkət üzvləri, həm də bizim bu anda sahələrdə çalışan əməkdaşlarımız bu məsuliyyəti dərindən dərk edirlər və onların hər biri qarşıdan gələn seçkilərdə öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirəcəklər. Mən “Akkord” kollektivinin hər bir üzvünü bələdiyyə seçkilərində aktiv iştiraka və daim respublikamızın inkişafı naminə çalışan Yeni Azərbaycan Partiyasından olan namizədləri dəstəkləməklə ən düzgün seçimi etməyə çağırıram. Əminəm ki, bu seçim ümumi inkişafımıza xidmət edən seçimlərin ən doğrusu və ən uğurlusudur”.
çıxış edən Vahid Sultanov deyib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir: “Bütün bölgələrdə, hətta ən ucqar kəndlərdə belə abadlıq və quruculuq işləri aparılır. Təbii ki, bu prosesdə bələdiyyələr də fəal iştirak etməlidir. Əminəm ki, bələdiyyələrə seçiləcək yeni üzvlər öz fəaliyyətlərini məhz bu istiqamətdə quracaqlar”.
“Akkord” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Afaq Quliyeva isə bu tədbirin mahiyyətcə əlamətdar bir vaxta - bələdiyyə seçkiləri ərəfəsinə təsadüf etdiyini deyib. Onun sözlərinə görə, həyata keçirilən islahatlar xalqın bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəyini deməyə əsas verir: “Eyni zamanda bu tədbir ilin son ayına düşdüyü üçün, bizim üçün həm də 1 illik fəaliyyətimizin yekunlarına ümumi nəzər salmaq fürsətidir. Hər bir istehsal müəssisəsinin fəaliyyəti hər zaman bir-biri ilə həm bağlı, həm də fərqli olan iki istiqaməti - istehsal prosesi və sosial məsuliyyət məsələlərini özündə birləşdirmiş olur. İkinci istiqamət barədə danışıldı və bu bir faktdır ki, bu gün “Akkord” Şirkətlər Qrupunun bu baxımdan həyata keçirdiyi tədbirlər bir çoxlarına nümunə olacaq qədər geniş və çoxtərəflidir. Mən də öz növbəmdə bizim üçün məhz birinci dərəcəli əhəmiyyət kəsb edən tikinti-quruculuq və istehsal prosesləri ilə bağlı 2009-cu il ərzində görülmüş işlərdən danışmaq istərdim. İlk növbədə qeyd edim ki, 2008-ci il kimi 2009-cu il də əsasən, əvvəlki illərdə başladığımız irimiqyaslı tikinti layihələrinin tamamlanma ili olub”.
Departamentin direktoru bu baxımdan ilk növbədə təbii ki, yerinə yetirilmiş irimiqyaslı nəqliyyat-infrastruktur layihələrini qeyd edib: “2009-cu il həyata keçirilməsinə ötən ildən start verilmiş 120 km-lik beton örtüklü “Bakı-Quba-Rusiya sərhədi” yolunun və asfalt örtüklü “Bakı-Şamaxı-Muğanlı” yolunun 62 km-lik hissəsinin yenidən qurulması işinin tamamlanması ilə əlamətdar olub. Hər iki layihə ölkənin yol infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Belə iri layihələrin altında “Akkord” imzasını görmək təbii ki, olduqca xoşdur. Biri beynəlxalq əhəmiyyət daşıyan bu iki yolun tikintisi ölkə başçısının da diqqət mərkəzində olan bir məsələ idi və təsadüfi deyil ki, cənab Prezident bu yolların açılışı mərasimində şəxsən iştirak edib. Hazırda “Bakı-Quba-Rusiya sərhədi” yolunun Dəvəçi şəhəri ərazisindən keçən hissəsində - Dəvəçi çayı üzərində uzunluğu 544 metr, eni 23 metr, hündürlüyü 21 metr olan körpünün tikintisi sürətlə davam etdirilir. Bugünədək respublikada tikilən ən hündür körpü olan 16 aşırımlı, üçmərtəbəli dayaq sisteminə malik olan bu körpünün tikintisi üzrə işlərin böyük bir qismi müvəffəqiyyətlə həyata keçirilib. Körpünün quraşdırılmasında “Akkord”un Zığ qəsəbəsində yerləşən beton məmulatları zavodunda hazırlanmış 33 metr uzunluqlu yüksəkkeyfiyyətli beton atmalardan istifadə edilib. Körpü 8-9 ballıq anti-seysmik sistemlərlə işlənib”.
Afaq Quliyevanın sözlərinə görə, şəhərdaxili yolların yenidən qurulması layihəsi cərçivəsində şirkət tərəfindən bu il Azadlıq meydanı - Zığ dairəsi yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilib: “Müasir yol qurğuları ilə birlikdə bu yol da Bakının nəqliyyat sisteminin tənzimlənməsində xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, Xırdalan şəhəri ərazisində, Bakı-Rusiya sərhədi yolunun 11-ci və 16-cı kilometrlərində inşa etdiyimiz körpü və keçid tipli yolötürücülər də məhz bu il tamamlanaraq ölkə sakinlərinin istifadəsinə verilib. Şərq-Qərb avtomobil yolunun təkmilləşdirilməsi layihəsi çərçivəsində yenidən qurulan beynəlxalq əhəmiyyətli Qazax-Gürcüstan sərhədi yolunun son 36-km-lik hissəsindəki işlər isə sona çatmaq üzrədir. Eni 9,5-11,5 metrə, asfalt örtüyünün qalınlığı 28-sm-ə bərabər olan bu yolda 3 körpü inşa edilib. Bakı-Samur yolunun 17 km-lik hissəsinin asfalt örtük çəkilməklə yenidən qurulması işləri də artıq sonaçatma mərhələsindədir. Eni 27,5 metr, qalınlığı 28 sm olan və birinci dərəcəli yol kateqoriyasına aid edilən bu yol üzərində 11 körpü inşa edilib. Yolda 5 yol qovşağı var ki, onlar da yol hissəsindən əsas avtomagistrallara, yaxınlıqdakı yaşayış məntəqələrinə və körpülərə çıxışı təmin edir”.
Departamentin direktoru onu da qeyd edib ki, 2009-cu il “Akkord” üçün inşaat-tikinti məhsullarının istehsalı baxımından da müəyyən inkişafla əlamətdar olub: “O cümlədən, respublikamızın daha bir neçə bölgəsində asfalt və beton zavodları inşa edilib. Bu, adıçəkilən məhsulların istehsalında artım əldə edilməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da öz töhfələrini verib”.
O, həmçinin, vurğulayıb ki, xüsusi diqqətəlayiq məsələlərdən biri 2009-cu ildə “Akkord”un dünya bazarına daha ciddi inteqrasiya etmək baxımından yeni nailiyyətlərə imza atmasıdır: “Bu sırada mən Gürcüstan və Qazaxıstan respublikalarında yol tikintisi sahəsində elan edilmiş tenderlərdə “Akkord”un əldə etdiyi qalibiyyətləri qeyd etmək istərdim. Gürcüstan Respublikasının Şido Kartli bölgəsində beton örtüklü yolun tikinti layihəsi üzrə işlərə artıq bir neçə aydır ki, start verilib və burada xeyli iş görülüb. Layihə 15 kilometrlik asfalt-beton örtüklü avtomobil yolu və estakada-tunel kompleksinin tikintisini nəzərdə tutur. Qürurla qeyd edim ki, artıq bizim Gürcüstanda həyata keçirdiyimiz işlər bu ölkənin rəhbərliyinin də diqqət mərkəzindədir və elə iki gün bundan əvvəl - dekabr ayının 8-də bu ölkənin Prezidenti Mixail Saakaşvili “Akkord” Şirkətlər Qrupunun rəhbəri İlqar Hacıyevi və İdarə Heyəti sədrinin müavini Elçin Ağayevi yol tikintisində əldə edilən nailiyyətlərə görə, bu ölkənin “Şöhrət” ordeni ilə təltif edib. Qazaxıstanda isə “Akkord” “Okan” müştərək şirkəti Cənub-Qərb yollarının tikinti layihəsi üzrə işlərin həyata keçirilməsi ilə əlaqədar Qərbi Avropa-Qərbi çin beynəlxalq tranzit dəhlizinin tikintisi üzrə iki tenderdə qalib elan edılıb. ümumi dəyəri 106.302.195 dollar təşkil edən bu layihələrin icrasına 2010-cu ilin əvvəlindən start veriləcək”.
“Bu sıranı bir qədər də artırmaq olar” deyən Afaq Quliyeva çıxışını aşağıdakı sözlərlə tamamlayıb: “Lakin mənə elə gəlir ki, Şirkətlər Qrupu olaraq bizim 2009-cu il ərzində reallaşdırdığımız layihələrdən hər biri ayrı-ayrılıqda istənilən şirkət üçün böyük uğur sayıla bilər və bütün bu işləri birlikdə, müvəffəqiyyətlə yerinə yetirən “Akkord”un ümumi gücünü və ölkənin inkişafına verdiyi faydanın miqyasını anlamaq üçün kifayətdir. Şübhə etmirəm ki, bu miqyas və görülən işlərin həcmi daha da genişlənəcək və biz üzümüzə gələn illərdə də “Akkord”un imza atdığı uğurların belə sevindirici sırasını sadalamaqda davam edəcəyik”.
Sonra çıxış edən YAP-ın Nərimanov bələdiyyəsi üzrə namizədi Aynur Nəzərov dövlətmizin gənclərə xüsusi diqqət və qayğı göstərdiyini deyib. Onun sözlərinə görə, YAP tərəfindən bələdiyyələrə namizədlikləri irəli sürülənlər arasında gənclərə xüsusi diqqətin ayrılması da deyilənləri təsdiqləyir. Aynur Nəzərov bildirib ki, cəmiyyətin strukturlarından biri kimi bələdiyyələrin bu inkişafda, ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərində önəmli payı var: “Artıq bələdiyyə idarəçiliyi sistemində kifayət qədər irəliləyiş var və müəyyən təcrübə toplanılıb. Bələdiyyələrin hüquqi bazası möhkəmlənib, nüfuzu artıb, əhalinin yerli özünüidarəetmə orqanlarına inamı artıb. İnamla deyə bilərik ki, görülən işlərdə YAP-ın rolu xüsusilə diqqət çəkir. Həmin uğurların davam etməsi üçün isə sizlər dekabrın 23-də seçki məntəqələrinə gələrək, YAP-ın namizədlərinə səs verməlisiniz”.
YAP tərəfindən Nərimanov bələdiyyəsinə namizədliyi irəli sürülmüş Yaşar Rəhimov çıxışında rayonun son illər xeyli inkişaf etdiyini bildirib. O, qeyd edib ki, bələdiyyə üzvləri öz vəzifələrini yaxşı bilməlidirlər: “Biz namizəd olaraq üzərimizə düşən vəzifələri aydın şəkildə dərk edirik. Bələdiyyə üzvləri daim insanların arasında olmalı, onların problemlərinin aradan qaldırılmasında öz səlahiyyətləri çərçivəsində iştirak etməlidir. üzərimizə düşən bu məsulliyəti dərk edərək seçkilərdə iştirak edirik”.
Hakim partiyanın Nərimanov bələdiyyəsinə digər namizədi Tahir İsmayılov isə seçicilərin etimadını qazanacaqlarına inandığını deyib: “Rayonun abadlaşmasında imkanımız çərçivəsində iştirak edəcəyik. Biz elə işləyəcəyik ki, sabah insanlarla üz-üzə gələndə utanmayaq. Siz də seçkidə fəal olmalısınız. Vətənini, xalqını sevən insanlar kimi seçkilərdə fəal olun”.
Tədbirin sonunda YAP-ın sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri verilib.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
