/ / YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17.07.2019 [09:31]
Yeni Azərbaycan Partiyasının (YAP) gənclərlə bağlı layihələrindən olan “Yay məktəbi” layihəsi Oğuz və Lerik rayonlarında davam edir. Bu layihənin reallaşdırılmasında əsas məqsəd gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Oğuz rayonunda davam edən layihənin ikinci turu çərçivəsində də gənclər üçün müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil edilib. “Yay məktəbi”nin 2-ci Oğuz turunun 4-cü günündə gənclər Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər, rayon ərazisində yerləşən muzeylə tanış olublar.
Milli Məclisin deputatı Sona Əliyeva gənclərə Ulu Öndərin ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır: “Gənclərə diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqamətini təşkil edib”.
Sonra gənclər arasında YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Riyad Rüstəmlinin moderatorluğu ilə “Leadership” təlimi keçirilib. Müzakirə formatında davam edən seminarda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Günün sonunda gənclər arasında idmanın müxtəlif növləri - futbol, üzgüçülük, stolüstü tennis üzrə yarışlar keçirilib. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.
Oğuz rayonunda keçirilən “Yay məktəbi”nin ikinci turunun 5-ci günündə isə gənclər üçün YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin sədri İman Ağayevin moderatorluğu ilə “Sağlam həyat tərzi” mövzusunda təlim keçirilib.
Daha sonra “Yay məktəbi”nin iştirakçılarının ölkəmizin şimal-qərb regionunda yerləşən digər şəhər və rayonlara səfərləri təşkil olunub. Gənclər həmin bölgələrdəki tarixi abidələr, muzeylər və rayonların görməli yerləri ilə tanış olublar.
Axşam saatlarında isə gənclər arasında istedad gecəsi təşkil olunub. Daha sonra “Yay məktəbi” layihəsinin iştirakçısı olan gənclərə fəxri fərmanlar təqdim olunub.
Bununla da YAP Gənclər Birliyinin təşkil etdiyi “Gənc Liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi”nin 2-ci Oğuz turu başa çatıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

